AMEA-nın yubileyinə həsr olunmuş yığıncaq məruzələrlə davam edib
11.11.2015 [10:32]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq rəsmi hissədən sonra məruzələrlə davam edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan elminin ölkənin davamlı inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib. Dövlət idarəçilik sistemində elmin rolundan danışan U.Ələkbərov vurğulayıb ki, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri dövlət idarəçiliyinin nə qədər vacib sahə olduğunu nümayiş etdirib. Rektor Azərbaycan dövlətinin həyata keçirdiyi və innovativ əsaslara söykənən siyasətdən geniş söhbət açıb.
Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda məruzəsində texniki və tətbiqi sahələrin ölkəmizin inkişafında rolundan danışıb. Nazir hələ Sovet İttifaqı dövründə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtlarda texniki elmlərin inkişaf etdiyini, Azərbaycanda elektronika sahəsinə aid müəssisələr açıldığını xatırladıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu istiqamətdə mühüm irəliləyişlərin olduğu, ölkəmizdə texnoloji və innovativ sahələrin uğurla inkişaf etdiyi vurğulanıb.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrində elmi tədqiqatların aparılması” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Akademiyanın keçdiyi şərəfli yoldan danışıb. Nazir qeyd edib ki, AMEA-nın fəaliyyəti bir çox ali məktəblərin yaranmasına səbəb olub. Bu da ölkəmizdə elm ictimaiyyətinin formalaşmasına öz töhfələrini verib.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun “Azərbaycanda biologiya elminin inkişaf perspektivləri” mövzusunda məruzəsində biologiya elminin təşkili və inkişafı prosesi barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə bu sahədə də ciddi nailiyyətlər əldə edilib. Bölmədə mühüm elmi tədqiqatların həyata keçirildiyi barədə məlumat verən Ə.Əmiraslanov Azərbaycanda son dövrlərdə fotosintez sahəsində əldə olunan uğurlardan söz açıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ölkəmizdə humanitar və ictimai elmlər sahəsindəki vəziyyət və həyata keçiriləcək layihələrdən danışıb. Bildirilib ki, bir siyasi sistemin çökdüyü, digərinin isə yarandığı dövr ağır mərhələ hesab olunur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan məhz belə bir dövrdə inkişaf etməyə başlayıb. Ümummilli lider hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik edəndə milli ideologiyanın formalaşması istiqamətində mühüm işlər görüb.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı çıxış edərək AMEA-nın 70 illiyi münasibətilə kollektivi təbrik edib. Ötən əsrdə Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrdən danışan D.Kıdıralı deyib ki, elmin inkişafında müstəsna əhəmiyyətə malik Nobel mükafatının adı Azərbaycanla bağlıdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının bölgənin elm mərkəzinə çevrildiyini vurğulayıb.
D.Kıdıralı Beynəlxalq Türk Akademiyasının qızıl medalını akademik A.Əlizadəyə təqdim edib.
Sonra xarici ölkələrin akademik qurumlarının və nüfuzlu elm adamlarının AMEA-nın 70 illik yubileyi ilə bağlı təbrikləri çatdırılıb.
Sonda “Azərbaycanın elm məbədi” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

