Çexiyada Azərbaycana böyük maraq var
15.01.2016 [09:32]
Şəbnəm Əsədova: Çexlər gənc, müstəqil ölkə olan, inkişaf edən Azərbaycanda həyata keçirilən işlərə böyük maraq göstərirlər
Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal təmsil olunmasını təmin edib. Həmçinin həyata keçirilən Dövlət proqramları gənclərin xaricdə təhsil almalarına və hazırlıqlı, yüksək bacarıqlı kadrlar kimi vətənimizə qayıdıb ölkəmizin inkişafı üçün fəaliyyət göstərmələrinə imkan yaradır. Xaricdə təhsil alan gənclər həm də Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə təqdim olunması işinə də töhfələr verirlər. Belə gənclərdən biri - Əsədova Şəbnəm Bəxtiyar qızı Çexiyanın Ostrava Universitetində ali təhsilini davam etdirir.
Artıq 3 ildir Çexiyada yaşayan azərbaycanlı gənc Çexiya tarixi və Çex dili və ədəbiyyatı üzrə diplom işi üzərində çalışdığını deyir. Təhsili ilə yanaşı, ictimai həyatda da fəal olan gənc həmyerlimiz Azərbaycanın bu şəhərdə təbliğinə öz töhfəsini verib. O deyib ki, bu, xaricdə yaşayan və təhsil alan hər bir azərbaycanlının borcudur. Çünki bizim harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq, hamımızın vətəni Azərbaycandır: “Mən orada təhsil almağa başlayandan mərkəzi ofisi Praqada yerləşən Azərbaycanlı tələbələr şəbəkəsinin (Azerbaijan Student Network) tədbirlərində fəal iştirak edirdim. O cümlədən bu təşkilatın dəstəyi ilə Ostrava Universitetində bir neçə tədbir keçirdik. Məsələn, 20 Yanvar faciəsinin ildönümü münasibətilə universitetdə bir ay davam edən sərgi təşkil etdik. Burada faciə ilə bağlı müxtəlif fotolar, kitablar, qəzet məqalələri təqdim olunurdu. Həmçinin burada çex dilində müxtəlif materiallar da tələbələrə paylanırdı. Xatırlatmaq istəyirəm ki, 80-ci illərin sonunda çexlər üçün də ağır hadisələr yaşanıb. Onlar da kommunizmə qarşı mübarizədə çoxlu itkilər veriblər. Ona görə də 20 Yanvar hadisələrinə böyük maraq göstərirdilər. Həmçinin Xocalı soyqırımının ildönümündə də Çexiyanın müxtəlif şəhərlərində, o cümlədən Praqada tədbir təşkil olunub. Praqanın mərkəzi meydanında videoqrafika vasitəsilə soyqırımı haqqında real faktları şəhər sakinlərinə və turistlərə təqdim etdik”.
Gənc həmyerlimiz deyir ki, Azərbaycana qarşı bu ölkədə böyük maraq var. Çexlər gənc, müstəqil ölkə olan, inkişaf edən Azərbaycanda həyata keçirilən işlərə böyük maraq göstərirlər. Ş.Əsədova deyib ki, xaricdə yaşayan həmyerlilərimiz üçün yaşadıqları ölkənin dilini bilmək çox vacibdir: “Biz hər bir xalqa onların öz dilində müraciət etməli, Azərbaycanı onların dilində təqdim etməliyik. Azərbaycan çox zəngin və qədim tarixə malik, həmçinin müasir, inkişaf etməkdə olan ölkədir. Azərbaycanın multikultural dəyərlərini, tolerant cəmiyyətini dünyaya təqdim etməliyik”.
Onu da qeyd edək ki, Şəbnəm Əsədova sentyabr ayından universitetdə Azərbaycan dili fənnini tədris etməyə başlayıb: “Bu, Ostrava Universitetində ilk belə haldır. Doğrudur, hələ ki, Azərbaycan dili fənnini əsas fənn kimi proqrama daxil etməyiblər. Ümid edirik ki, yaxın gələcəkdə biz buna da nail olacağıq. Fənnin özünə isə tələbələr arasında maraq böyükdür. Bu da Azərbaycan mədəniyyətinə və tarixinə olan maraqdan irəli gəlir”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

