/ / Ağalar Vəliyev: Ordumuzun qələbələri, təmas xəttindəki sakinlərin yüksək əhval-ruhiyyəsi fərəh hissi doğurur
Ağalar Vəliyev: Ordumuzun qələbələri, təmas xəttindəki sakinlərin yüksək əhval-ruhiyyəsi fərəh hissi doğurur
06.04.2016 [09:53]
Son günlər bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalmasından sonra Ermənistanın bu təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin cəbhədə cavab tədbirləri keçirməsi nəticəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması, düşmənin 100-lərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi Azərbaycan xalqında ruh yüksəkliyi yaradıb.
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib ki, aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaq.
Qeyd edək ki, ordumuzun ələ keçirdiyi yüksəkliklərdən bir neçəsi Goranboy və Tərtər rayonlarına, eləcə də Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər olub. Həmin yüksəkliklərdən düşmən mütəmadi olaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə tutur, yaşayış evlərinə zərər yetirirdi.
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunun Tapqaraqoyunlu və Zeyvə kəndlərində olub və təmas xəttində yerli əhali və hərbçilərlə görüş keçirərək onları qələbə münasibətilə təbrik edib.
Ağalar Vəliyev bildirib ki, Azərbaycan dövləti cəbhədə yaşayan hər bir vətəndaşının təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atır və Ali Baş Komandan tərəfindən bu barədə müdafiə nazirinə, müvafiq qurumlara konkret göstərişlər verilib.
Ağalar Vəliyev kəndlərdə ermənilərin atdığı mərmilər nəticəsində dağılan evlərə baxış keçirib, zərərçəkən evlərin təmiri ilə bağlı əlavə tədbirlərin görülməsi üçün lazımi təşəbbüslər göstərib, yerli əhaliyə maddi-mənəvi dəstək verib, onlara ərzaq paylayıb. O, xüsusilə, Zeyvə kəndində “Qrad” mərmisinin dağıtdığı evin yenidən qurulmasını öz üzərinə götürüb və yaxın günlərdə evin təmir olunaraq vətəndaşa təhvil veriləcəyini bildirib.
Ağalar Vəliyev aprelin 4-də keçirilən Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının iclası ilə bağlı Goranboy rayon fəallarının yığıncağında da iştirak edib. Fəallar qarşısında çıxış edən deputat cəbhədəki erməni təxribatına toxunaraq qeyd edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə və işğal olunmuş torpaqlarımızın dinc yolla azad olunmasına yönələn danışıqlar prosesinin bütün həlledici məqamlarında Ermənistan tərəfindən həmişə belə təxribatlar törədilir, təmas xəttində gərginlik yaradılır: “Lakin Ermənistan ordusu bu təxribatların müqabilində atəşkəs rejimindən sonrakı dövrdə ilk dəfə olaraq, çox ağır sarsıdıcı zərbə aldı, erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Rəşadətli Silahlı Qüvvələrimiz təmas xəttində həlledici üstünlüyə nail oldu və böyük hərbi qələbə qazandı. Təhlükəsizlik Şurasının iclasında cənab Prezidentin xüsusi vurğuladığı kimi, 2016-cı il aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Əminəm ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə bütün işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurdlarına qayıdacaq, Dağlıq Qarabağda və ətraf rayonlarımızda müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı şərəflə dalğalanacaq”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

