/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə bədii qiraət müsabiqəsi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə bədii qiraət müsabiqəsi keçirilib
30.04.2016 [09:27]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Bildirib ki, bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Heydər Əliyev vətənpərvərliyi, mərdliyi, mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacaq.
Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışan Ş.Hacıyev yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını deyib.
Tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas Ümummilli lider Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və parlaq səhifələrinin yazılmasına şahidlik etmiş mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrində Onun rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlardan danışıb. Deputat Azərbaycanın iqtisadi, hərbi qüdrətimizin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, dahi şəxsiyyətin siyasi kursunu bu gün Prezident İlham Əliyev uğurla və qətiyyətlə davam etdirir.
Sonra Səbail rayonundakı məktəblərin şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsinin iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş şeirlər səsləndiriblər.
Münsiflər heyətinin rəyinə əsasən, müsabiqənin qalibi adını “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şeirini səsləndirən 189-190 nömrəli orta məktəbin VII sinif şagirdi Əzizə Kazımova alıb. İkinci yeri 49 nömrəli məktəbin VIII sinif şagirdi Mirxalis Hüseynli tutub. Üçüncü yerə isə 132-134 nömrəli məktəbin şagirdi Lətifə Nəsibova layiq görülüb.
Qaliblərə diplomlar təqdim edilib. Həmçinin əlavə üç iştirakçıya həvəsləndirici hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

