Milli Onkologiya Mərkəzində qalxanabənzər vəzi xəstəliklərinə həsr olunmuş konfrans keçirilib
28.05.2016 [08:48]
Bütün dünyada 2009-cu ildən mayın 25-i Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunur. Bu tarixi günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, mayın 27-də Milli Onkologiya Mərkəzində Ümumdünya Qalxanabənzər Vəzi Günü münasibətilə həkim-endokrinoloqlar, terapevtlər, kardioloqlar, nevropatoloqlar, cərrahlar, onkoloqlar, oftalmoloqlar və digər tibb işçilərinin iştirakı ilə konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından, səhiyyə sisteminin müasirləşdirilməsi və yüksək texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təminatı istiqamətində görülən işlərdən danışıb. Son illər ərzində Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq ölkəmizdə yeni tikilən və ya əsaslı təmir olunan tibb müəssisələrinin ən müasir avadanlıqlarla təchiz edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bugünkü konfrans da ölkədə uğurla aparılan səhiyyə islahatlarının tərkib hissəsidir.
Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev çıxış edərək qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi və düzgün diaqnoz qoyulması üsulları, bu sahədə əldə olunmuş ən son yeniliklərin müzakirəsi baxımından konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ayda 1-2 dəfə belə tədbirlərin keçirilməsi təcrübə mübadiləsi və dünyadakı ən son tibbi yeniliklərlə tanış olmaq baxımından böyük fayda verə bilər.
Professor Əziz Əliyevin “Qalxanabənzər vəzin xərçəngi” mövzusunda məruzəsi də maraqla dinlənilib. Əziz Əliyev məruzəsində qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi və diaqnozu ilə bağlı dünya təcrübəsindən danışıb. O, həmçinin Milli Onkologiya Mərkəzində qalxanabənzər vəzi üzərində aparılan əməliyyatlar və əməliyyatdan sonrakı müalicə barədə məlumat verib.
Respublika Endokrinoloji Mərkəzin direktoru, ölkənin baş endokrinoloqu Rauf Cabbarov “Qalxanabənzər vəzin patologiyası və qadınların reproduktiv sistemi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bu xəstəliklər kişilərə nisbətən qadınlar arasında daha geniş yayılıb. O, həmçinin ayrı-ayrı xəstəliklərin müayinə, müalicə və profilaktikası sahəsində əldə olunan uğurlardan, eləcə də qalxanabənzər vəzi xəstəliklərinin müalicəsində tətbiq olunan yeniliklərdən söz açıb. Qeyd olunub ki, bu xəstəlik bütün dünyada şəkərli diabetdən sonra ən geniş yayılan xəstəliklərdən biridir.
Konfransda şəkərli diabetdən sonra ikinci geniş yayılmış qalxanvari vəzi xəstəliklərinin diaqnozu və müalicə taktikasının həddindən çox diqqət tələb etdiyi bildirilib, həmçinin qalxanvari vəzin xəstəlikləri ilə mübarizədə həkim endokrinoloqlar, terapevtlər, cərrahlar, onkoloqlar, oftalmoloqların birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Qeyd olunub ki, qalxanvari vəzi xəstəlikləri içərisində ən geniş yayılmış növ yod defisitidir.
Rauf Cabbarov diqqətə çatdırıb ki, 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Yod çatışmazlığı xəstəliklərinin profilaktikasına dair” Qanun 2003-cü ildə qüvvəyə minib. Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində ölkəmizdə yod defisiti bir neçə dəfəyə qədər azalıb. Hazırda Respublika Endokrinoloji Mərkəzi regionlarda profilaktik müayinələr aparır, maarifləndirmə tədbirləri keçirir, mağazalardakı duzların tərkibinə nəzarət edir.
Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir - maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod insan orqanizminin fəaliyyəti üçün önəmli elementdir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

