700 bal toplayan abituriyentlərin uğur yolu
27.07.2016 [09:55]
Xəbər verildiyi kimi, iyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb. İmtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. Eləcə də, imtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent, IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
I ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Ağayev Tural Şəfahət oğludur. 1999-cu ildə Bakı şəhərində anadan olan T.Ağayev Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin məzunudur. Əldə etdiyi nəticədən qürur duyduğunu bildirən T.Ağayevin sözlərinə görə, düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyent bu nəticəni əldə edə bilər: “Sualları çox rahatlıqla cavabladım. 700 bal topladığımı öyrənəndə çox sevindim. Uşaqlıqdan dərslərimi oxumağa xüsusi səy göstərmişəm. Hər dəfə yeni bir bilgi əldə edəndə dostlarımla diskussiyalar aparmışıq. Sınaqlardan topladığım nəticələr məni daha çox ümidləndirirdi ki, mən də 700 bal toplaya bilərəm. Məndən öncəki abituriyentlərə baxıb həmişə onlar kimi yüksək nəticə əldə edəcəyimi arzulayırdım. Nəhayət ki, buna nail oldum və ailəmin ümidlərini doğrulda bildim. Valideynlərimin gözlərindəki sevinc yaşlarını görmək mənə dünyalara dəyərdi. Heç şübhəsiz, üzərimdə əməyi olan dəyərli müəllimlərimin də rolu əvəzsizdir”.
“Bu gün ölkəmizdə dövlətin təhsilə göstərdiyi diqqət və qayğı hər birimizdə böyük sevinc hissi yaradır. Təhsilin inkişafına göstərilən diqqət bu sahədə önəmli uğurların əldə olunmasına səbəb olur”, - deyə Tural Ağayev bildirib.
I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri də Sultanlı Nadir Faiq oğludur. O, 1999-cu ildə Bakı şəhərində anadan olub. Hər zaman dərslərinə olan məsuliyyəti və marağı ilə seçilən N.Sultanlının dediyinə görə, təhsilə maraq yaranmasında ailəsinin çox böyük rolu olub. Boş vaxtlarında mütaliə edən gənc məktəbdə tədris olunan bütün fənləri yaxşı oxumağa çalışıb. Sevincini öncə ailəsi, sonra isə məzunu olduğu Ankara-məktəb liseyindəki müəllimləri ilə bölüşüb: “700 bal topladığım üçün çox sevincliyəm. Sınaqlardan topladığım yüksək qiymətlər məni daha da ruhlandırsa da, daim öz üzərimdə çalışırdım. Kimya mühəndisliyi fakültəsini seçmək istəyirəm. Gələcəkdə magistratura pilləsini xaricdə davam etirməyi düşünürəm. Hazırda qəbul imtahanlarına hazırlaşan həmyaşıdlarıma demək istəyirəm ki, gecə-gündüz demədən çalışmaqdansa, sistemli şəkildə dərslərinə vaxt ayırsalar, bu nəticə onlar üçün də əlçatan olar. Valideynlərimin qürurverici sözləri və qohumlarımın sevinci, demək olar ki, bütün əziyyətli günlərimi unutdurmuş oldu”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

