/ / Vergilər Nazirliyi məlumat azadlığına və məlumat mübadiləsinin səmərəliliyinin artırılmasına xüsusi önəm verir
Vergilər Nazirliyi məlumat azadlığına və məlumat mübadiləsinin səmərəliliyinin artırılmasına xüsusi önəm verir
09.09.2016 [10:10]
Zaur Fətizadə: “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”da Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir
“Ölkə başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən etmişdir. Hazırda Vergilər Nazirliyi Sərəncamın icrası ilə bağlı genişmiqyaslı işlər aparır”. Bunu Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi məlumat azadlığına və məlumat mübadiləsinin səmərəliliyinin artırılmasına xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübə və standartların öyrənilməsi və tətbiqi üçün vergi inzibatçılığı sahəsində baş verən qlobal proseslər yaxından izlənilir, aidiyyəti beynəlxalq və regional təşkilatlarla, inkişaf etmiş dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq genişləndirilir. Məhz bu istiqamətdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində yaradılmış “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” ilə əməkdaşlıq, bu quruma üzv qəbul olunmaq mühüm əhəmiyyət kəsb edir.
Z.Fətizadə bildirib ki, Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasında ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənləşdirilir. Azərbaycan Respublikası Qlobal Foruma 2013-cü il fevralın 26-da üzv olub və bununla da məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq razılaşdırılmış standartın tətbiqi öhdəliyini qəbul edib. Azərbaycan üzrə qiymətləndirmənin birinci mərhələsinə 2014-cü ilin dekabr ayında başlanılıb, hazırlanan hesabat layihəsi Qlobal Forumun 21-24 sentyabr 2015-ci il tarixli 21-ci iclasında müzakirə olunub. Nəticədə Azərbaycanda vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi barədə qərar qəbul edilib. Eyni zamanda, qiymətləndirmənin ikinci mərhələsinin hesabat layihəsində də Azərbaycanın vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə qanunvericilik və inzibatçılıq sistemlərinə müsbət rəy verilib. Ölkə hesabatının cari ilin sentyabr ayında Qiymətləndirmə Qrupunun 24-cü iclası zamanı geniş müzakirəsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

