“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti KİVDF ilə birgə müsabiqə elan edib
21.09.2016 [10:04]
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edib.
Müsabiqənin məqsədi Azərbaycanda elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, istehlakçıların keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq.
Müsabiqə “İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda keçirilir.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirakçı ola bilərlər.
Təqdim olunan yazıların sərlövhələri təklif edilmiş mövzu ilə eyni olmalıdır. Hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir.
Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, adları “qara siyahı”ya düşən, xəbərdarlıq almış redaksiyaların yazıları müsabiqəyə qəbul olunmur.
Yazının dərc olunduğu mətbuat orqanından (qəzet) 1 nüsxə, yazının elektron variantı (Arial 12 şriftində, CD diskdə) 1 nüsxə, A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə təqdim edilməlidir. Müəlliflər əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surətini (möhür və baş redaktorun imzası), iştirakçı haqqında məlumat cədvəlini (möhür, müəllif və baş redaktorun imzası), şəxsiyyət vəsiqəsinin surətini, şəxsi VÖEN-in surətini, şəxsi bank rekvizitlərini (şəxsi VÖEN əsasında açılmış bank hesabı) təqdim etməlidirlər. Hesabın aktiv olması bank tərəfindən təsdiqlənməlidir.
Yazılar sentyabrın 20-dən oktyabrın 14-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda qəbul olunacaq.
Müsabiqədə birinci yeri tutana (bir nəfər) 1000 AZN, ikinci yerin sahibinə (iki nəfər) 800 AZN, üçüncü yeri qazanana (üç nəfər) 600 AZN məbləğində mükafat veriləcək. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar (200 AZN) veriləcək. Qaliblər, həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33

