/ / Portuqaliyanın ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Naxçıvandan zəngin təəssüratlarla ayrılıb
Portuqaliyanın ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Naxçıvandan zəngin təəssüratlarla ayrılıb
13.10.2016 [10:00]
Xəbər verdiyimiz kimi, Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardoso oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İki gün davam edən səfər çərçivəsində diplomat Naxçıvan şəhərindəki təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri, tarixi abidələrlə yaxından tanış olub.
AZƏRTAC xəbər verir ki, Mariya Joao Lopes Kardoso əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Mariya Joao Lopes Kardoso Naxçıvan Dövlət Universitetində də olub. Xanım diplomat Media Mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, universitet televiziyası, “Nuhçıxan” radiosu və mətbuat şöbəsinin fəaliyyəti ilə maraqlanıb, Naxçıvan Dövlət Universitetinin televiziyasına müsahibə verib.
Portuqaliyalı diplomat “Naxçıvanqala” Tarix-Memarlıq, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri ilə də tanış olub.
Sonra müvəqqəti işlər vəkili Duzdağ Fizioterapiya Mərkəzinə gəlib. Bildirilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil edilib.
Naxçıvan Biznes Mərkəzində qonağa mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qeyd olunub ki, burada istehsal edilən yüksəkkeyfiyyətli məhsulların xarici bazarlara çıxarılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Bakı şəhərində və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndəsinin iştirakı və beynəlxalq sərgilərdə istehsal olunan məhsulların nümayişi təmin edilib, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

