“Azərbaycan ailəsi-2016” film festivalının qalibləri mükafatlandırılıb
30.11.2016 [09:27]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2016” VIII film festivalına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində dövlət qurumları nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq üçüncü ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsinə 31 iştirakçı tərəfindən 38 film və 22 iştirakçı tərəfindən 82 fotoşəkil təqdim olunub. Müsabiqəyə 35 film və bütün fotoşəkillər qəbul edilib. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova çıxış edərək deyib ki, “Azərbaycan ailəsi” film festivalına ötən 8 il ərzində yerli rejissorlarla yanaşı, xarici ölkə rejissorları da öz ekran əsərlərini müsabiqəyə təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına layiq görülüblər. Bu isə festivalın beynəlxalq nüfuz qazanmasının göstəricisidir. Komitə sədri bildirib ki, layihənin keçirilməsində məqsəd, ilk növbədə, ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir: “Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə bu sahədə mövcud problemləri bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi, yaradıcılığa yeni başlayan və təhsil alan rejissorlar üçün ailədaxili məsələlərin bədii formada çatdırılması metodları öyrədilir. Üçüncüsü, təqdim edilən bütün filmlərdən məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrində apardığımız maarifləndirmə işlərində istifadə olunur. Ona görə də, festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir. Çünki təqdim edilən bütün filmlər komitənin maarifləndirmə işlərində istifadə olunur”.
H.Hüseynova qeyd edib ki, builki festival müstəqilliyimizin 25 illiyinə həsr olunub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraq və hüquqlarını maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin yaşayışına, onların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
H.Hüseynova festivalın keçirilməsində xüsusi əməyi olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevaya, BMT-nin Əhali Fonduna, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və münsiflər heyətinə minnətdarlığını bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında ailə mövzusunda film festivalının keçirilməsi təşəbbüsünü kino sənətinə verilən dəyərli töhfə kimi qiymətləndirib və bunun gələcəyə nikbinliklə baxmağa əsas verdiyini deyib. “Kino auditoriyasız yaşaya bilməz. Odur ki, bu festival gənc nəsildə kino sənətinə maraq oyatmaq, eləcə də indiki qloballaşan dövrdə mənəvi dəyərlərimizi, milli ailə ənənələrimizi yaşatmaq baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Ə.Qarayev bildirib. Dünya kino məkanındakı yeniliklərdən danışan nazir qeyd edib ki, Azərbaycanda dövlət hesabına 40-a qədər bədii, 100-dək sənədli film çəkilib. Son bir ildə 52 Azərbaycan filmi xarici festivallarda uğur qazanıb.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev isə bildirib ki, festivalın mükafatlandırma mərasiminin noyabrın 29-da keçirilməsi təsadüfi deyil. Çünki BMT-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir. Kampaniya çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir və bugünkü festival da bunlardan biridir. F.Babayev bundan sonra da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcəklərini deyib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanda bir çox festivallar keçirilsə də, onların ömrü uzun olmayıb. Ancaq “Azərbaycan ailəsi” film festivalı 8-ci dəfə keçirilir. Bu onunla bağlıdır ki, festival çox müqəddəs bir mövzuya həsr edilib. “Bu festival həm də gənclərin yaradıcılığına təkan verdi. Festivalda iştirak edən bir çox gənclər müxtəlif televiziya kanallarında yaradıcı işlərdə çalışırlar”, - deyə C.Quliyev əlavə edib.
Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2016” VIII film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

