/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasında və Milli Onkologiya Mərkəzində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasında və Milli Onkologiya Mərkəzində olub
24.12.2016 [11:27]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.
AZƏRTAC xəbər verir ki, tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib. 2000-ci ildə Azərbaycan Prezidenti, Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Rəssamlıq Akademiyasında hazırda 7 ixtisas və 20 ixtisaslaşma üzrə rəssam kadrlar hazırlanır.
Akademiyanın rektoru, Xalq Rəssamı Ömər Eldarov bildirib ki, təsviri sənət, memarlıq və dizayn, dekorativ-tətbiqi sənət və sənətşünaslıq fakültələrində tələbələr bakalavr və magistratura pillələrində təhsil alırlar. Həm bakalavr, həm də magistrlərin yüksək ixtisaslara yiyələnməsi üçün akademiyada emalatxanalar yaradılıb.
Leyla Əliyeva emalatxanalarda tələbələrin əl işləri ilə tanış olub, onlara yaradıcılıq prosesində tövsiyələrini verib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə birlikdə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub.
Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.
Leyla Əliyeva və Rəssamlıq Akademiyasının tələbələri, həmçinin uşaqlarla birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər.
Qeyd edək ki, təşkil edilən bu görüş klinikada müalicə olunan və öz istedadları ilə seçilən uşaqlar üçün yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından həm də gözəl bir fürsət olub.
Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasındakı uşaqların müalicəsinin Fondun nəzarətində olduğunu, uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verildiyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49

