“İrəli” İctimai Birliyi Qubada “Gənc Əkinçi Akademiyası-2” layihəsinin icrasına start verib
26.01.2017 [09:51]
Yanvarın 25-də Qubada “İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Əkinçi Akademiyası-2” layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.
İctimai Birliyin sədri Mirhəsən Seyidov bildirib ki, “İrəli” tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri uğurlu nəticələri ilə seçilir. Layihə gənc jurnalistlərin peşəkarlığının artırılmasına, yeni əlaqələrin qurulmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradacaq. Əsas hədəflərdən biri də milli mətbuatımızın bünövrəsi olan “Əkinçi” qəzetinin zəngin ənənələrinin yaşadılması və gənclər arasında təbliğidir.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hər bir xalqın inkişafında milli mətbuatın böyük rol oynadığını vurğulayıb. Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin tarixindən və zəngin ənənələrindən bəhs edən Ə.Amaşov bildirib ki, bu qəzet milli məfkurənin, milli kimliyin oyanışına və inkişafına böyük təkan verib. Bununla da Azərbaycanda milli mətbuatın formalaşması və inkişafı dövrü başlayıb. Tarixin bütün dövrlərində jurnalist fəaliyyətinin ən üstün cəhəti xalqın gördüyü işi ölkə daxilində və xaricində dəqiq, obyektiv və operativ işıqlandırmaqdır.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə milli mətbuatın inkişafına Ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını xüsusi qeyd edən Ə.Amaşov gənclərə jurnalistikanın müasir çağırışları barədə ətraflı məlumat verib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli jurnalist peşəsinin çətinliyindən danışıb, jurnalist etikası mövzusunda gəncləri məlumatlandırıb. O, milli mətbuatımızın əsası olan “Əkinçi” qəzetindən ötən dövrdə mətbuatımızın inkişaf tarixindən bəhs edib. “İrəli” İctimai Birliyinin fəaliyyətini və reallaşdırdığı layihələrin əhəmiyyətini yüksək qiymətləndirən professor müstəqil Azərbaycanda milli mətbuatın inkişafında Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycanda milli jurnalistikanın inkişafından danışıb. Rəhbərlik etdiyi fondun fəaliyyəti barədə məlumat verən U.Rəhimoğlu mənfur ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları və cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında milli mətbuatın üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov təmsil etdiyi qurumun gənclərin layihə və təşəbbüslərinin dəstəklənməsi işinə diqqət yetirdiyini bildirib, bu baxımdan belə layihələrin əhəmiyyətini vurğulayıb.
Açılış çıxışlarından sonra müzakirələr aparılıb, gənc jurnalistlərin sualları cavablandırılıb.
“Gənc əkinçi” qəzetinin ilk nömrəsi 2015-ci il iyulun 22-də 4 min tirajla dərc olunub. Layihənin davamı olaraq, akademiyada formalaşan yeni gənc jurnalistlər tərəfindən “Gənc əkinçi” qəzetinin növbəti nəşrlərinin dərc olunması hədəflənib.
Xatırladaq ki, birinci layihə iki il əvvəl İsmayıllı rayonunda reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

