/ / Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib
28.01.2017 [10:35]
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Holokost faciəsinə həsr olunmuş “dəyirmi masa” təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq hər il yanvar ayının 27-si tarixinin BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. İcraçı direktor yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadığını vurğulayaraq deyib: “Biz fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibəti qurublar”.
BBMM-in şöbə müdiri Rəşad İlyasov “dəyirmi masa”da “Holokost faciəsinin tarixi” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri diqqətə çatdırıb ki, baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayaraq gələcəyə doğru irəliləmək lazımdır.
AMEA-nın İnsan Hüquqları İnstitutunun alimi Moisey Bekker Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib, bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndirib. Alim Azərbaycan dövlətinə və BBMM-in rəhbərliyinə yəhudi xalqının başına gətirilən bu dəhşətli faciəyə həssaslıqla yanaşdığına və hər il Holokost qurbanlarının xatirəsinin anıldığına görə minnətdarlığını ifadə edib. Moisey Bekker Holokost etnoniminin mahiyyətindən söz açaraq deyib: “Holokost kəlməsi “yanıb kül olmuş” mənasını verir və bu ad təsadüfi deyil. Çünki Almaniyada faşizm rejimi hakimiyyətdə olduğu vaxtda Hitlerin əmri ilə milyonlarla yəhudi ölüm düşərgələrində dəhşətli işgəncələrə məruz qalıb, qaz kameralarında boğulub və yandırılıb. Bu günahsız insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi”.
Moisey Bekker, həmçinin azərbaycanlıların və türklərin, eləcə də müxtəlif ölkə diplomatlarının yəhudiləri bacardıqları qədər Holokost qırğınından qorumaq üçün səy göstərdiklərini xatırladaraq bildirib: “Mənim yaxın qohumlarım da vuruşarkən faşistlərə əsir düşüb. Ölüm düşərgəsində azərbaycanlılar onlara bir neçə ərəbcə dualar öyrədib ki, faşistlər sorğu-sual apararkən onların yəhudi olduqlarını gizlədib müsəlman kimi təqdim etsinlər və onları bu yolla Holokost qurbanları olmaqdan qoruya biliblər. Bu da bir daha onu göstərir ki, multikultural əhval Azərbaycan xalqının ruhundadır. Bu gün də multikulturalizm siyasəti Azərbaycanda aparıcı xətdir və burada yəhudilərin sərbəst, mehribanlıqla əsrlərdir yaşaması da buna sübutdur. İnanıram ki, Azərbaycanda multikulturalizm həmişə mövcud olacaq”.
Azərbaycandakı Dağ yəhudiləri icmasının nümayəndəsi ravvin Abraham ölkəmizdə yəhudilərin kipa ilə rahatca dolaşdığını, mütəmadi olaraq sinaqoqlarda dini bayramlarını yüksək səviyyədə qeyd etdiyini, Avropanın bəzi ölkələrində bunun bəzən mümkün olmadığını söyləyib. Ravvin dünyanın bir sıra ölkələrinin Azərbaycan multikulturalizm modelindən örnək almalarının vacibliyini qeyd edib.
BBMM-in müşaviri, professor Aytən Qəhrəman Holokost faciəsinin 1933-cü ildən başlayaraq mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb. O deyib: “1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Müəyyən mərhələlərlə bu proses əvvəl yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları ilə başladı, sonra yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaları ilə davam etdi və “Son həll”, onların toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz kameralarında boğulması, ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması ilə nəticələndi”.
Mərkəzin müşaviri bu yaxınlarda İsveçrədə UNESCO-nun təhsil üzrə beynəlxalq bürosunun baş direktoru xanım Mantsetsa Marope ilə görüşünü xatırladıb, həmin vaxt Holokost və Xocalı faciələri ilə bağlı fikir mübadiləsi aparıldığını da diqqətə çatdırıb. Aytən Qəhrəman, həmçinin qonaqlara həmin büronun hazırladığı “Səssiz şahidlər: XXI əsrdə təhsildə Holokost tədrisi, siyasət və təcrübə” (“As the Witnesses Fall Silent: 21st Century Holocaust Education in Curriculum, Policy and Practice”) kitabını təqdim edib. O, yəhudi icmasının birgə dəstəyi ilə Azərbaycanda tədris sistemində də Holokost və Xocalı faciələrinin tədrisinin yer aldığı bu kitaba bənzər nəşrin vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Holokost faciəsini tarixin dönüş nöqtəsi kimi səciyyələndirib. Aparat rəhbəri Azərbaycan və yəhudi xalqının oxşar taleyindən söz açıb, hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırımına məruz qaldığını bildirib.
O, Azərbaycanda əsrlərlə yaşı olan multikultural təcrübədən söz açaraq hər il Holokost faciəsinin qurbanlarının ehtiramla yad olunmasını bunun parlaq təzahürü kimi qiymətləndirib. Azərbaycan və yəhudi xalqlarının dostluğundan danışan İsaxan Vəliyev hər iki xalqın oxşar faciələri yaşadığını - yəhudilərin Holokost, azərbaycanlıların isə Xocalı soyqırımına məruz qaldığını deyib. Çıxışlardan sonra “dəyirmi masa” müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxElm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20

