IV Beynəlxalq multikulturalizm məktəbi başa çatdı
21.02.2017 [10:33]
Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətini başa çatdırıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları ilə səmimi ab-havada keçən görüşündə Dövlət müşaviri onları Bakıda və Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib: “IV Beynəlxalq Multikulturalizm qış məktəbində iştirak etmək üçün Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyadan gələn bütün qonaqlarımızı salamlayıram. Bir həftə çox tez gəlib keçdi. Ümid edirəm ki, bu bir həftə ərzində Şəki, Qax, Oğuz və Qəbələdə keçirdiyiniz görüşlər, mühazirələr sizin üçün maraqlı oldu. Bildiyimə görə, maraqlı dərslər keçilib, inanıram ki, həm bu dərslər, həm də Azərbaycanın bir-birindən maraqlı multikultural bölgələrinə səfərləriniz ölkəmiz haqqında təsəvvürlərinizi daha da dərinləşdirib. Bu layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilir. Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri daha da möhkəmlənsin. Biz inanırıq ki, Azərbaycana olan marağınız məhəbbətə çevriləcək, Azərbaycana olan məhəbbətiniz isə eyni zamanda qış məktəbində təmsil olunan o biri ölkələrə də sevgiyə çevriləcək.
Dövlət başçısı 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdi. Bu bizim üçün çox maraqlı bir hədəf oldu və il ərzində öz xarici həmkarlarımızla multikulturalizmin müxtəlif aspektlərini dərindən analiz etdik, eyni zamanda öyrəndik ki, bizi digər xalqlarla, ölkələrlə birləşdirən nə qədər potensial imkanlar, xətlər var.
Tələbələrin arasında Azərbaycana ilk dəfə gələnlər və həmçinin bundan əvvəl də bir neçə dəfə olanlar var. İnanıram ki, təhsil aldığınız universitetləri bitirdikdən sonra da Azərbaycanla əlaqəniz, burda qazandığınız dostlarla münasibətiniz, dostluqlarınız davam edəcək. Sizin azərbaycanlı gənc dostlarınız bu müddət ərzində sizi çox sevdilər. Ümid edirəm ki, sizlər də onları sevdiniz və bu sevgi bütün həyatınız boyu bir-birinizin yanında olmaq üçün kifayət edəcək.
Bizim bundan sonra da müxtəlif layihələrimiz olacaq. Hazırda “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi fəaliyyət göstərir. Sizləri bu klubun üzvlüyündə görməkdən, eləcə də həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində həyata keçirdiyimiz layihələrdə iştirakınızdan çox şad olarıq. Arzu edirəm ki, Azərbaycana gəlişiniz ilk olsa da, son olmasın və mütəmadi olaraq bizim aramızda ünsiyyət davam etsin”.
Görüşdə tələbələr əyani şəkildə tanış olduqları Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşüblər və gələcəkdə də ölkəmizə səfər etmək arzularını bildiriblər.
Fevralın 19-da qış məktəbinin yekunları ilə bağlı mətbuat konfransı təşkil edilib. BBMM-in mətbuat xidmətinin rəhbəri, qurumun baş məsləhətçisi Sevinc Mürvətqızı bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir: “Mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi Mərkəzin “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə imkan yaratmaqdır. Beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq multikulturalizm məktəbində “Azərbaycanın Gənc Dostları Klubu” yarandı və hazırda 200-dən artıq üzvü ilə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”. IV Beynəlxalq multikulturalizm məktəbi ərzində “İslam həmrəyliyi bizə nə verir” mövzusunda geniş video-təqdimat nümayiş etdirilib, yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinlənilib. Qış məktəbi ərzində iştirakçılar Azərbaycanın multikultural və çoxkonfessiyalı Şəki, Qax, Qəbələ və Oğuz kimi unikal məkanlarına səfər ediblər, görkəmli dövlət və din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri ilə görüşlər keçiriblər”.
Mətbuat konfransından sonra IV Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
Mərasimdə BBMM-in İcraçı direktoru, professor Azad Məmmədov beynəlxalq multikulturalizm məktəbləri layihəsinin məqsədi haqqında söz açıb və gələcəkdə də belə layihələrin birgə həyata keçirilməsinə ümidvar olduğunu deyib.
Bilik Fondunun İcraçı direktoru Oktay Səmədov layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib, gələcəkdə yenidən azərbaycanlı və xarici gəncləri bir arada görmək arzusunu ifadə edib: “Bizim üçün çox xoşdur ki, azərbaycanlı gənclərlə xarici ölkə universitetlərinin tələbələri bir araya gəldilər, dost oldular, bu dostluğun gələcəkdə də davam etməsini ürəkdən arzulayırıq. Bu gün biz sizinlə və siz də Azərbaycanla vidalaşırsınız. Amma inanırıq ki, bu vidalaşma müvəqqətidir. Biz sizə “hələlik” deyirik və sizi yenidən Azərbaycanda görmək arzusundayıq”.
“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin həmsədri, litvalı tələbə Salomeya Lukaite artıq ikinci dəfədir bu layihədə iştirak etdiyini və buradan əxz etdiyi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib: “Azərbaycan mənim üçün doğma ölkədir. Dostlarıma, həmkarlarıma bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında danışmaqdan yorulmuram. Çünki hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda Azərbaycanda multikulturalizmin dövlət siyasətinin aparıcı xətti və Azərbaycan xalqının çoxəsrlik həyat tərzi olması alqışlanası haldır. Bildiyimə görə, Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsində İlham Əliyevin güclü siyasi iradəsi əsas rol oynayır. Məhz buna görə də ilk növbədə Azərbaycanın Prezidentinə, eyni zamanda təşkilatçı qurumlara beynəlxalq multikulturalizm məktəbi layihəsində iştirakımızı təmin etdiklərinə görə minnətdarlığımızı bildiririk.
2016-cı ilin yayında fəaliyyətə başlayan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə xeyli sayda xarici ölkələrin gəncləri üzv olmaq üçün müraciət edirlər. Klub artıq Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplar şəklində fəaliyyətini davam etdirir”.
Sonda qış məktəbinin iştirakçılarına sertifikatlar və Bilik Fondunun hədiyyələri təqdim edilib.
Bağlanış mərasimi bədii-musiqili proqramla yekunlaşıb.
Xatırladaq ki, indiyədək adıçəkilən qurumların təşkilatçılığı ilə 2015-ci il 22 iyul-1 avqust, 2016-cı il 8-15 fevral, 2016-cı il 18-27 iyul tarixlərində də Beynəlxalq multikulturalizm məktəbləri fəaliyyət göstərib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

