XOCALI FACİƏSİ DAMARLARDA QAN DONDURDU
25.02.2017 [10:28]
Azərbaycan tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. 25 il əvvəl ermənilər tərəfindən törədilən, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı erməni vəhşiliyinin, erməni faşizminin iç üzünü bir daha bütün dünyaya nümayiş etdirmişdir. Xocalı yerlə yeksan edilmiş, günahsız insanlar kütləvi şəkildə qətlə yetirilmiş, qocalar, qadınlar, uşaqlar, amansız qəddarlıqla öldürülmüşlər. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı insanlıq tarixində ən dəhşətli kütləvi terror hadisələrindən biridir.
Məlum olduğu kimi, məhz Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə aparılan siyasətin nəticəsidir ki, Xocalı qətliamını Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya-Hersoqovina, Peru, Şotlandiya, Rumıniya və başqa dövlətlər, o cümlədən ABŞ-ın 23 ştatı, İslam Əməkdaşlıq Təşkilatı rəsmən soyqrımı kimi tanıyıb və bu soyqırımı pisləyən qətnamə qəbul ediblər.
Eyni zamanda, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri xüsusilə vurğulanmalıdır. Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası istər miqyasına, istərsə də geniş təbliğat imkanlarına görə seçilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurlarından biri də soyqırımının İsveçdə yaradılmış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsinə daxil edilməsi və Xocalı soyqırımının adının Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilməsidir.
Onu da qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının 25-ci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar Göyçay rayonunda da müvafiq işlər görülmüşdür. Rayonumuzda 59 Xocalı ailəsi 180 nəfər ailə üzvü ilə məskunlaşmışdır. Həmin ailələrə, onların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərilir. Rayonun bütün təşkilatlarında Xocalı soyqırımına həsr olunmuş xatirə günləri, fotostendlər, şahidlərlə görüşlər keçirilir, sərgilər təşkil olunur. 24 fevral günü rayonun təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Faciə günü Xocalı ailələri ilə rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçiriləcək, Xocalı ailələrinə yardımlar ediləcək, Xocalı şəhidlərinə ehsanlar veriləcək. Rayonda fəaliyyət göstərən məscidlərdə Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçiriləcək, dualar oxunacaq.
Azərbaycan dövləti ermənilərin işğalçılıq siyasətinin ifşa olunması ilə bağlı atılan addımlarla işini bitmiş hesab eləmir, eyni zamanda, Ermənistan ordusunun işğılı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində mühüm və ardıcıl addımlar atılır. Prezident İlham Əliyevin bu il yanvarın 24-də imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamı da deyilənləri təsdiqləyir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli bayrağımız Xocalıda, Xankəndində, Şuşada, Ağdamda dalğalanacaqdır. Xocalılılar öz doğma yurd-yuvalarına qayıdacaq, əvvəlkindən də gözəl Xocalı quracaqlar.
Könül MƏmmƏdova
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinin Göyçay
rayon qeydiyyat şöbəsinin rəisi,
kiçik ədliyyə müşaviri
Xəbər lenti
Hamısına baxElm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20

