Oxucular “Söz adamı” kitabı ilə Akif Əlini daha yaxından tanıyacaqlar
02.03.2017 [09:37]
Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin “Akif ƏLİ. Söz adamı” adlı yeni kitabı Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yaradıcılığına həsr edilib.
AZƏRTAC xəbər verir ki, müəllif Akif Əlinin keçdiyi ömür yoluna nəzər salaraq, onun çoxşaxəli elmi-ədəbi yaradıcılıq fəaliyyətini tədqiq edib və ümumən, həyata baxışlarında müşahidə etdiyi orijinallığı kitabın əsas mövzusuna çevirib.
Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açır, onun elmi-tədqiqat işi olan “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” monoqrafiyasını sabirşünaslıqda yeni bir söz kimi dəyərləndirir.
Akif Əlinin 1990-93-cü illərdə müstəqilliyimiz üçün ən ağır dönəmlərdəki qəzetçilik fəaliyyəti, Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, Ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi titanik zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Tənqidçi, Akif Əlinin Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” kitabından ətraflı söz açıb, əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini vurğulayır.
Akif Əlinin “Öncə-Vətəndir”, “Qaragöz oyunu”, “Vətən mücadiləsi” və “İdrak” kitablarında toplanan çoxsaylı publisistik yazıları, hekayə və esseləri, miniatür nəsr parçaları, aforizm və deyimləri ayrı-ayrı fəsillərdə geniş təhlilə cəlb olunur, onların həm ədəbi-bədii, həm ictimai mahiyyəti açıqlanır. Kitabın maraqla oxunan fəsillərindən biri də sərkərdə Babəkin mübarizəsinə həsr edilmiş və böyük Azərbaycan qəhrəmanının edamqabağı düşüncələrini əks etdirən “Azman” romanı haqqındadır.
Kitabın ikinci hissəsində tanınmış yazıçı-publisistin müxtəlif mətbuat səhifələrində dərc olunan, internet saytlarında yer alan çoxsaylı müsahibələrindən seçmələr oxuculara təqdim olunur. Onun ilk gənclik illərində bir sıra filmlərdə yaratdığı maraqlı ekran obrazları xatırlanır, radioda, televiziyada hazırladığı populyar verilişlərdən, müəllif proqramlarından bəhs edilir, pedaqogika, dövlət qulluğu sahələrindəki fəaliyyətinə nəzər salınır, eləcə də həyata baxışları, dünyagörüşü, xarakteri, insanlara, gözəlliyə, sənətə, yaradıcılığa münasibəti dolğunluğu ilə canlandırılır.
“Renessans-A” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilən kitabın mətni çoxsaylı fotoşəkillərlə müşayiət olunur.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23

