Azərbaycan Mətbuat Şurası dünyanın media ictimaiyyətinə ünvanlanmış bəyanat yayıb
06.07.2017 [10:05]
Azərbaycan Mətbuat Şurası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, dünyanın media ictimaiyyətinə ünvanlanmış bəyanatda deyilir: “Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günədək erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Qoşunların təmas xəttindəki gərginlik halları, atəşkəsin pozulması faktları zaman-zaman dünyanın media ictimaiyyətinin də diqqət mərkəzində olub.
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində azərbaycanlı mülki şəxslər qətlə yetirilib, xəsarətlər alıb, onların əmlakları dağıdılıb, bir sözlə insan faciələri yaşanıb. Belə faciələrdən biri iyulun 4-də erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində bir daha yaşandı. Quliyeva Sahibə İdris qızı, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak oldular, daha bir mülki vətəndaş Quliyeva Sərvinaz İltifat qızı yaralandı.
Göründüyü kimi, Ermənistan öz terrorçu mövqeyinin nümayişindən çəkinmir, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. Sıralarında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurası bu vandalizm aktını qətiyyətlə pisləyir, dünyanın media ictimaiyyətini Ermənistanın işğalçı və terrorçu mahiyyətini bir daha sübut etməyə çağırır.
Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına və fundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsi birbaşa terror əməlidir. Mətbuat Şurası üzv olduğu Dünya Mətbuat Şuraları Assosiasiyasını, Avropa Mətbuat Şuraları Alyansını, digər beynəlxalq təşkilatları, o cümlədən jurnalistika sahəsində ixtisaslaşmış bütün xarici qurumları Ermənistanın minlərlə məsum azərbaycanlı uşağın qətlinə səbəb olmuş işğalçılıq siyasətinə biganə qalmamağa səsləyir. Şura hesab edir ki, dünyanın media ictimaiyyətinin hadisə ilə bağlı yüksək həssaslığı yeni insan faciələrinin yaşanmasının qarşısını ala bilər. Mətbuat Şurası, həmçinin yerli kütləvi informasiya vasitələrinə də üz tutaraq bu vandalizm aktını geniş, peşəkarlıqla işıqlandırmağa, onun miqyasını özlərinin beynəlxalq tərəfdaşları ilə bölüşməyə, mövcud istiqamətdə daha fəal mövqe tutmağa çağırır”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

