“Hədəfim ən yüksək balı toplamaq idi”
19.08.2017 [09:36]
Məlum olduğu kimi, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi ediblər. Artıq ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılıb. Odur ki, abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, I ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədovadır.
Məlumat üçün bildirək ki, bir sıra bilik yarışlarında qalib olan J.Məmmədova “Fənlərin dostluğu” olimpiadasında I yerə layiq görülüb, kimya üzrə respublika fənn olimpiadasının final mərhələsinə kimi yüksəlib. Bununla yanaşı, məktəbi fərqlənmə attestatı ilə başa vurub. Mayın 7-də keçirilən imtahanda 695 bal toplayan həmsöhbətimiz iyulun 22-də keçirilən ikinci imtahanda özünü bir daha sınayıb. Nəticədə, 700 bal toplamağa müvəffəq olub.
“İlk imtahanda yalnız bir suala cavab verə bilməmişdim. Hədəfim ən yüksək balı toplamaq idi. Odur ki, ikinci imtahana yenidən qatıldım. Öz savadımı bir daha sınaqdan keçirmək istədim və məqsədimə çatdım. Qeyd edim ki, ikinci imtahandakı suallar birinci ilə müqayisədə daha çətin idi” deyən abituriyent bu nəticə ilə də kifayətlənməyib daha böyük uğurlara can atdığını söyləyib. Onun sözlərinə görə, 700 bal toplayan abituriyent daha savadlıdır deyimi düzgün deyil: “650-dən yuxarı bal toplayan hər bir abituriyent yüksək potensiala malikdir. Sadəcə bu bir növ şans məsələsidir. Çünki diqqətsizlik ucbatından sualı düzgün oxumayıb və yaxud kodlaşdırmada da səhv etmək qaçılmazdır. Hesab edirəm ki, 700 bal toplamaqla kifayətlənməməli, daha böyük zirvələri fəth etməyə can atmalıyıq. Mənim də qarşıma qoyduğum bir neçə məqsədlər var ki, bunlardan birincisi təhsil alacağım Bakı Ali Neft Məktəbini fərqlənmə diplomu ilə bitirməkdir. Daha sonra dil bilgimi artırıb, xaricdə təhsilimi davam etdirmək istəyirəm. Gələcəkdə ən böyük arzum isə seçdiyim kimya mühəndisliyi ixtisasını ölkəmizdə tədris etməkdir. Bununla yanaşı, kiçik yaşlarımdan həm də rəsm çəkməyə böyük marağım vardı. Əfsuslar olsun ki, təhsilim ucbatından bu arzumu yarıda qoymalı oldum, amma bundan sonra yenidən davam etdirməyi düşünürəm”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

