/ / İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimini keçirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimini keçirib
21.09.2017 [10:28]
Sentyabrın 20-də Mingəçevir şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərin sakinlərinin sağlamlığının qorunması, maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə “Sabaha sağlam addımla” şüarı adı altında 2017-ci ilin oktyabr-dekabr ayları ərzində keçiriləcək sağlamlıq həftələrinin açılış mərasimini keçirib. Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Sağlamlıq həftələrinin açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov, səhiyyə nazirinin müavini Elsəvər Ağayev, Milli Məclisin səhiyyə komitəsinin üzvləri Musa Quliyev, İlham Məmmədov, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev çıxışında bildirib ki, oktyabrın 2-dən dekabrın 17-dək Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində keçirilməsi nəzərdə tutulan sağlamlıq həftələrində ailə həkimləri tərəfindən əhaliyə sağlam qidalanma və sağlam həyat tərzi haqqında məsləhətlər veriləcək, müxtəlif müayinələr aparılacaq. Sağlamlıq həftələrinin təşkilində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir.
Agentlik tərəfindən şəkərli diabet, skolioz, döş vəzisinin xərçəngi, prostat vəzinin xəstəlikləri, hipertoniya, xolesterin, tütünün zərərləri, sağlam qidalanma mövzularını əhatə edən çap materialları sağlamlıq həftələrində pilot ərazilərin sakinlərinə paylanacaq.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, səhiyyə sistemində aparılan mühüm islahatlardan, Azərbaycanda səhiyyənin inkişafından danışıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün vətəndaşların sağlamlığının qorunmasının təminatçısı rolunda çıxış edir. Daha sonra millət vəkili Milli Məclisin Səhiyyə Komitəsinin Səhiyyə Nazirliyi ilə birlikdə Agentliyin icra etdiyi pilot layihəyə dəstək olduğunu qeyd edib.
Açılış mərasimində Mingəçevir şəhərində Müşfiq Mirzəyev adına “Dostluq” parkında qurulan 4 çadırda sakinlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, əhali arasında ən çox rast gəlinən xəstəliklərin profilaktikası məqsədi ilə ailə və ixtisas həkimləri tərəfindən konsultasiyalar verilib, profilaktik müayinələr (arterial qan təzyiqinin ölçülməsi, bədən kütlə indeksinin təyini, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi, süd vəzisinin manual müayinəsi, görmə itiliyinin müayinəsi, tənəffüs yollarının müayinəsi - spirometriya və s.) aparılıb.
Qeyd edək ki, tədbirin təşkilində Mingəçevir Şəhər İcra Hakimiyyəti, şəkərli diabet xəstələri ilə bağlı tədbirlərin həyata keçirilməsində “Novonordisk” şirkəti tərəfindən texniki dəstək göstərilib.
Daha sonra tədbir iştirakçıları Qress qəsəbəsində yeni təmir olunan Ailə Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. İştirakçılara məlumat verilib ki, hazırda köhnə həkim tibb məntəqələrinin yerində Ailə Sağlamlıq Mərkəzləri (ASM) fəaliyyət göstərir. İki pilot bölgə üzrə ASM-də ümumilikdə 79 ailə həkimi çalışır. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramı hazırlanıb və həyata keçirilir.
Agentliyin fəaliyyəti müddətində 2 ASM-in binası (Malbinəsi ASM, Qaramanlı ASM) yenidən inşa olunub, Aran ASM-in binası hazırda inşa olunur. 4 ASM binası (Xaldan ASM-də Yevlax ASM, Mingəçevirdə 2 ASM) isə yenidən təmir edilib. Rayonlarda yerləşən ASM-lər lazımi tibbi avadanlıqlarla (USM aparatı, elektrokardioqraf, rentgen, fetal doppleroqrafiya, ktq (kardiotokoqrafiya) təchiz edilib. Mərkəzi ASM-lərdə isə yuxarıda sadalanan avadanlıqlarla yanaşı göz müayinəsi üçün (refraktometr, göz uniti, foropter, biomikroskop) digər avadanlıqlar da mövcuddur.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

