Azərbaycan Dillər Universitetində Rusiyaşünaslıq Mərkəzi açılıb
09.12.2017 [00:49]
Universitetlə A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb
Dekabrın 8-də Azərbaycan Dillər Universiteti (ADU) və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, saziş ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rektoru, professor Marqarita Rusetskaya tərəfindən imzalanıb.
İmzalanmadan sonra ADU-nun nəzdində Rusiyaşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.
Sazişdə əməkdaşlıq çərçivəsində rus dilinin tədrisi, test üsulu ilə imtahanların keçirilməsi, kadr hazırlığı və təsnifatının artırılmasında institutun təcrübəsindən, həmçinin distant təhsil resurslarından yararlanmaq, rus dilinin tədrisi və test üsulu ilə sertifikatlaşdırılmış imtahan sahəsində həyata keçirilən layihə və proqramlara təşkilati, metodiki və texniki, həmçinin “Rus dilində təhsil” portalı vasitəsilə dəstəyin göstərilməsi, rus dili, Rusiya mədəniyyəti və ədəbiyyatı, eyni zamanda, ADU-nun nəzdində fəaliyyət göstərən rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının bazasında milli dil bacarıqlarının yoxlanılması üzrə olimpiadaların, yaradıcı müsabiqələrin təşkili, təhsil turizmi üzrə proqramların reallaşdırılması nəzərdə tutulub.
Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib. O bildirib ki, bu mərkəz iki ali təhsil müəssisəsi arasında layihələrin həyata keçirilməsi, əlaqələrin gücləndirilməsi baxımından vacib platforma olacaq. Rektor, həmçinin imzalanan saziş çərçivəsində bir çox faydalı və səmərəli işlərin görüləcəyini vurğulayıb.
A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Viktoriya Kosteva institutun rektoru M.Rusetskayanın müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməməsinə görə təəssüf hislərini bildirib. O, rektorun K.Abdullaya ünvanladığı məktubu iştirakçıların diqqətinə çatdırıb. Məktubda M.Rusetskaya K.Abdullanı Rusiya Federasiyasının ali dövlət mükafatı olan Puşkin medalı ilə təltif olunması münasibətilə təbrik edib. Məktubda qeyd edilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının, həmçinin Rusiya mədəniyyətinin tanıdılması istiqamətində rektor K.Abdullanın əvəzedilməz rolu, o cümlədən onun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki genişmiqyaslı fəaliyyəti yüksək qiymətləndirilib. Rektor M.Rusetskaya məktubda, həmçinin vurğulayıb ki, K.Abdullanın Rusiyada və digər xarici ölkələrdə roman, pyes, şeir, esse və məqalələrinə böyük məmnuniyyətlə müraciət olunur. Rektor məktubunu K.Abdullaya elm, təhsil və ictimai fəaliyyətində, ədəbi yaradıcılığında nailiyyətlər arzuları ilə bitirib.
Daha sonra V.Kosteva rektor K.Abdullaya institutun yaranmasının 50 illik yubileyi münasibətilə təhsil müəssisəsinin markasını hədiyyə edib.
Prorektor V.Kosteva institutun yaranması, tədris prosesi, tələbə heyəti, Linqvistika Mərkəzinin rəhbəri Oleq Rodçenko isə sertifikatlaşdırılmış test üsulu ilə aparılan imtahanlar haqqında məlumat verib.
Daha sonra Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein öz fikirlərini bölüşüblər.
Sonra ADU-nun nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. İnstitutun Linqvistika Mərkəzinin rəhbəri Oleq Rodçenko ADU-nun rus dili üzrə mütəxəssislərinə “Rus dilində aktual proseslər” mövzusunda mühazirə deyib. O, mühazirəsində rus dilinin fonetikası, qrammatikası, leksika və semantikası, həmçinin müxtəlif səviyyələrdə prosesin aktivliyi haqqında ətraflı məlumat verib. ADU-nun tələbələri imzalanmış saziş çərçivəsində sertifikatlaşdırılmış test üsulu ilə oxuma, yazma, dinləmə, leksik və qrammatik bacarıqların yoxlanması istiqamətində imtahan veriblər. İmtahan 4 saat müddətində davam edib. İmtahanın sonunda tələbələrə sertifikatlar verilib.
Daha sonra ADU-da ölkənin KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rəsmiləri KİV nümayəndələrinə təmsil etdikləri qurum haqqında məlumat veriblər. Qonaqlar universitetlər arasında imzalanan sazişin təhsil sahəsinə töhfələri, perspektivlər, rusiyaşünaslıq istiqamətində nəzərdə tutulan planlar, Rusiyada Azərbaycan dilinin tədrisi və digər istiqamətdə verilən sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56

