Dahi rəhbər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq
12.12.2017 [10:02]
Dekabrın 11-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, Türkiyədən dəvət olunmuş Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Bilal Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti, İzmit bələdiyyəsinin nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli liderin siyasi fəaliyyətini əks etdirən videoçarxa baxıblar.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun hər səhifəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması Heydər Əliyevin siyasi obrazını təhlil edən natiq deyib ki, o, xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, bir sözlə, müasir ictimai-siyasi fikrin davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Cəmiyyətimizdə hökm sürən xaos və anarxiya, iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliklər Onun siyasi təcrübəsi nəticəsində aradan qaldırıldı. Ulu öndərin Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması yönündə gördüyü işlərə toxunan icra başçısı bildirib ki, Heydər Əliyevin müstəqilliyimizin gerçək mənada möhkəmləndirilməsi yolundakı xidmətləri danılmazdır.
Qeyd olunub ki, Heydər Əliyev siyasi kursu daim inkişaf etdirilir və müstəqilliyimizin daha da möhkəmlənməsinə təkan verir. Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gətirilib çıxarılmasında Ulu öndərin böyük xidmətləri xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev Ümummilli liderin siyasi kursunu layiqli şəkildə davam etdirərək praqmatik daxili və xarici siyasəti ilə ölkəmizi uğurlu gələcəyə aparır. Bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, Azərbaycan dövlətinin dünya dövlətləri arasında xüsusən seçilməsi hər birimizdə qürur hissi yaşadır. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca dahi rəhbər Heydər Əliyevin ideyaları da yaşayacaq.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

