Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ilə Şimali Kipr arasında mədəni əlaqələr inkişaf edir

Azərbaycan ilə Şimali Kipr arasında mədəni əlaqələr inkişaf edir

27.12.2017 [10:10]

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub. Dövlət Musiqili Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə görüşdə ikitərəfli mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı hər iki ölkənin dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların qarşılıqlı səfər və qastrollarının təşkil edilməsi məsələlərinə toxunulub.
Sonda Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib: “Teatrınızın əzəmətli görkəmi var. Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Şimali Kipr-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir”, - deyə U.Turganer söyləyib.
Müşfiqə

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31