Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəbhəyanı bölgədə əsgərlər ziyarət edilib

Cəbhəyanı bölgədə əsgərlər ziyarət edilib

22.12.2017 [15:26]

Yeni Azərbaycan Partiyası (YAP) Nizami, Nəsimi və Nərimanov rayon təşkilatları və "Veysəloğlu" Şirkətlər Qrupunun birgə təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də Yeni il bayramı öncəsi Tərtər rayonundakı "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.
Bundan başqa, tədbirdə Bakının orta məktəblərində təhsil alan şagirdlərin ürək sözlərinin əks olunduğu məktublar əsgərlərə paylanılıb. Əsgərlər aldıqları məktubu yerindəcə oxuyaraq, böyük qürur hissi keçirdiklərini və ruhlandıqlarını bildiriblər. Sonda "Veysəloğlu" Şirkətlər Qrupunun əsgərlər üçün göndərilən bayram sovqatı onlara təqdim olunub, qarşıdan gələn bayramları təbrik edilib.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31