Bakı Atatürk Liseyindən daha bir xeyirxah addım
22.01.2018 [16:00]
Liseyin müəllim və şagirdləri tərəfindən "Qadın və uşaq sığınma evi"nə yardım edilib
Fəaliyyət göstərdiyi müddətdə bir sıra sosial layihələrin reallaşmasında da yaxından iştirak edən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi növbəti xeyirxah addımı atıb. Belə ki, bu günlərdə liseyin müəllim və şagirdlərindən ibarət bir heyət "Qadın və uşaq sığınma evi"nə baş çəkib, oradakı insanlar üçün yardım aparıb.
Bu barədə məlumat verən liseyin müəllimi, sözügedən aksiyanın təşəbbüsçülərindən biri Türkanə Ağarzayeva deyib ki, məqsəd həm şagirdlərimizdə xeyirxahlıq hisslərinin aşılanmasına dəstək olmaq, həm də qayğıya, dəstəyə ehtiyacı olan insanlara kömək əlimizi uzatmaqdır: "Beləliklə, qısa bir müddət ərzində müəllim və şagirdlərimiz tərəfindən həmin sığınacaqda məskunlaşmış qadın və uşaqlar üçün yardımlar toplandı. Və bu yardımı elə müəllim və şagirdlərimizdən ibarət bir qrupla aparıb "Qadın və uşaq sığınma evi"nə təqdim etdik".
Türkanə Ağarzayeva onu da bildirib ki, sözügedən sığınacaq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın təşəbbüsü ilə 2002-ci ildə yaradılıb. İlk vaxtlar Mehriban Zeynalovanın evində fəaliyyət göstərən sığınacaq üçün artıq özəl bir yer kirayələnib və hazırda buranın 40-a yaxın sakini var. Müxtəlif səbəblər ucbatından evsiz qalan, o cümlədən məişət zorakılığı qurbanı olan qadınlarla yanaşı, uşaqların da qaldığı bu sığınacaqda onların minimal ehtiyaclarının ödənilməsi üçün imkan daxilində addımlar atılır. Belə ki, burada yaşayanlar tibbi yardım alırlar. Bundan başqa, bura gələn xanımlardan kiminsə təhsili yarımçıq qalıbsa, Təhsil Nazirliyinə müraciət olunur və onlar yenidən təhsillərinə davam edə bilirlər. Sığınacaqda məktəbə gedəcək yaşda uşaqlar da var. Onların dərsləri yarımçıq qalmır, sığınacağa yaxın yerdə məktəbə gedir və təhsillərini davam etdirirlər: "Bununla belə, bəzən kommunal xərcləri ödəməkdə çətinlikləri olur. Ona görə də xeyirxah insanlardan xahiş edirik ki, bu sığınma evinə imkan daxilində yardım etsinlər. Öz növbəsində Bakı Atatürk Liseyi olaraq bundan sonra da sığınma evinə mütəmadi yardımlar edəcəyik".
Şəmsiyə İsmayıllı
Türk Dünyası Bakı Atatürk Liseyi 10B sinif şagirdi
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

