/ / Azərbaycan və Türkiyənin hüquq mühafizə orqanları arasında səmərəli işgüzar münasibətlər bundan sonra da uğurla davam etdiriləcək
Azərbaycan və Türkiyənin hüquq mühafizə orqanları arasında səmərəli işgüzar münasibətlər bundan sonra da uğurla davam etdiriləcək
10.03.2018 [01:06]
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, baş prokurorun müavini Namiq Əsgərov və hər iki dövlət qurumunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin dəvəti ilə Ankarada səfərdə olub. Səfərin məqsədi Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək olub.
Ali Məhkəmədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti Türkiyə Ali Məhkəməsində bu qurumun sədri İsmayıl Rüştü Cirit və baş prokuror Məhməd Akarca ilə görüş keçirib. İsmayıl Rüştü Cirit və Məhməd Akarca bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildiriblər.
Görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığı, xalqlarımızın rifahına xidmət etdiyi vurğulanıb.
Səfər çərçivəsində Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə keçirilmiş görüşdə ölkələrimizin hüquq mühafizə orqanları arasındakı səmərəli işgüzar münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunub.
Görüşdə ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində aparılan mütərəqqi tədbirlər barədə məlumat verilib, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlərdə, bu qurumun yeni binasının təməlinin qoyulması mərasimində də iştirak edib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim görüşlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27

