Bəhruz Quliyev: Azərbaycanda söz və mətbuat azadlığı yetərincə təmin edilib
04.05.2018 [10:13]
“Azərbaycan Konstitusiyasının üçdə iki hissəsi insan haqlarına, fikir plüralizminə, söz və mətbuat azadlığına xidmət edir. Ölkəmizdə cəmiyyətin inkişafını təmin edən kifayət qədər qanunlarımız var. Amma ən başlıcası siyasi iradədir ki, ölkəmizdə bu təmin edilib”. SİA-nın xəbərinə görə, bu fikirləri Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə BMT-də etdiyi çıxışı xatırladan B.Quliyev söyləyib ki, ölkə başçısının qeyd etdiyi kimi, ölkəmizdə fundamental azadlıqlar qorunur: “Hər kəsə məlumdur ki, vaxtilə Ulu öndər Heydər Əliyev senzuranı ləğv edib, mətbuatın üzərindən əlavə dəyər vergisini götürüb, mətbuatın inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verib. Təbii ki, mətbuatın inkişafının bünövrəsi həmin dövrdən qoyulub. Azərbaycan mətbuatının 143 illik ömrü olsa da, müstəqil mətbuatın, onun demokratik inkişafının əsası 1993-cü ildən sonra qoyulub. Ümumiyyətlə, Ümummilli liderin mətbuatın inkişafında xüsusi xidmətləri var. Bu gün də biz görülən işlərə fundamental proqram kimi yanaşırıq”.
Səs Media Qrupunun rəhbəri qeyd edib ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin mətbuatın inkişafı ilə bağlı imzaladığı konsepsiya isə mətbuatın inkişafının ikinci mərhələsinə keçidi təmin etdi: “Bu konsepsiyaya uyğun olaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərməkdədir. Bütün bunların hamısı dövlətin demokratik dəyərlərə yanaşmasıdır. Artıq bütün dünya Azərbaycanda gedən prosesləri yaxşı mənada təqdir edir. Aprelin 11-də keçirilən seçkilərdə beynəlxalq müşahidəçi kimi Azərbaycana gələn jurnalistlər də etiraf etdilər ki, bu gün Azərbaycan dünyaya yeni model təqdim edir. Dünyanın heç yerində dövlət tərəfindən jurnalistlərə mənzil verilməsi ənənəsi yoxdur. Azərbaycanda jurnalistlərə verilən mənzillər heç bir şərt qoyulmadan, jurnalisin əqidəsinə, tutduğu mövqeyə baxmadan təqdim edilir. Bu cür yanaşma həm dövlətin jurnalistə qayğısı, həm jurnalistikaya verilən dəyər, həm də dünyada demokratik dəyərlərə yanaşmanın yeni formasıdır. Bir sözlə, Azərbaycanda söz və mətbuat azadlığı yetərincə təmin edilib”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

