Viktor Opaski: Azərbaycan qısa müddətdə yüksək inkişaf yolu keçib
15.05.2018 [09:06]
Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Etibar Nəcəfov Azərbaycanda milli və dini icmalara dövlət tərəfindən göstərilən dəstək və qayğıdan, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən ətraflı bəhs edib. Bu sahədə mövcud qanunvericilik bazasından da söhbət açan E.Nəcəfov ölkəmizdə milli və dini icmaların bütün hüquqlarının qorunduğunu qeyd edib. Azərbaycanda əhalinin 96 faizinin müsəlman, 4 faizinin isə digər dinlərin daşıyıcısı olmasına baxmayaraq, etiqad azadlığının tam təmin edildiyini vurğulayıb.
Rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətlərinə də toxunan E.Nəcəfov bildirib ki, şöbə milli azlıqlar, multikulturalizm və dini fəaliyyətlə bağlı dövlət siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarının, dövlət qurumlarının işini əlaqələndirir, ümumi nəzarəti təmin edir.
E.Nəcəfov, həmçinin Azərbaycanda mövcud tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizin özünəməxsus multikulturalizm modelindən geniş bəhs edib, bu modelin fənn kimi həm Avropa, həm də digər ölkələrin universitetlərində tədris olunduğunu bildirib. Bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib. E.Nəcəfov vurğulayıb ki, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri sayılır, multikulturalizmə müasir dünyada müxtəlif yanaşmalar olsa da, ölkəmiz bu sahədəki siyasətini uğurla davam etdirir.
Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ölkəmizə üçüncü dəfə səfər etdiyini bildirib. 1996-cı ildəki, 2002-ci ildəki və hazırkı səfərini müqayisə edən V.Opaski Azərbaycanın qısa müddətdə yüksək inkişaf yolu keçdiyini bildirib. Dövlət katibi Ümummilli lider Heydər Əliyevlə olan görüşündən, Onun xarizmatik lider olmasından, Ona olan dərin hörmətindən və xoş xatirələrindən də bəhs edib. Ulu öndərin Rumıniyaya səfəri zamanı onunla görüşdüyünü, geniş fikir mübadiləsi apardığını da xatırladıb. Belə görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına xidmət etdiyini, bu sahə ilə bağlı fikir mübadiləsinin aparılmasının əhəmiyyətli olduğunu, ümumiyyətlə Azərbaycanın mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Ölkəsindəki dövlət-din münasibətlərindən danışan V.Opaski bildirib ki, Rumıniyada dövlət tərəfindən dini icmalara və din xadimlərinə maaş verilir, bu sahədəki qanunvericilik bütün dini konfessiya mənsublarının etiqad azadlığını təmin olunmasına şərait yaradır. Hazırda Rumıniyada 18 dini icmanın dövlət qeydiyyatına alındığını, bunlardan 16-sının xristian, 1-nin yəhudi, 1-nin isə müsəlman icması olduğunu vurğulayan V.Opaski dini icmalar arasında qarşılıqlı hörmət və tolerant münasibətlərinin olduğunu bildirib.
Görüşdə Rumıniyanın Müsəlman İcmasının Ali Müftisi Yusuf Murad ölkəsində müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycanla əlaqələrindən, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığından bəhs edib, ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan bir sıra beynəlxalq konfranslarda iştirak etdiyini diqqətə çatdırıb.
Sonda qonaqlara “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “Azərbaycanın seçilmiş İslam abidələri” kitabları təqdim edilib. Qonaqlar da öz növbəsində Rumıniyanın tarixindən, dövlət-din münasibətləri modelindən bəhs edən ədəbiyyat nümunələrini hədiyyə ediblər.
Görüşdə, həmçinin Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Rumıniyanın dini məsələlər üzrə dövlət katibliyinin direktoru Sezar Pavalasku, dini məsələlər üzrə dövlət katibliyinin müşaviri Katalin Raiu, Rumıniyada Müsəlman İcmasının Ali Müftisinin müşaviri Daniel İout Farkas, Rumıniyanın Azərbaycandakı səfirliyinin Missiya rəhbəri Kristian Koroma, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

