Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İnam Kərimov: Kənd təsərrüfatı idarələrinin nümayəndələri ipəkqurdlarını kümçülərin evlərinə şəxsən çatdırmalıdırlar

İnam Kərimov: Kənd təsərrüfatı idarələrinin nümayəndələri ipəkqurdlarını kümçülərin evlərinə şəxsən çatdırmalıdırlar

05.05.2018 [15:59]

Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verildikdən sonra xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq
Prezident İlham Əliyevin tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə, kəndlilərə yaxınlıq, onların yanında olmaq, qayğısını dinləmək prinsipləri əsasında qurur. Məhz bu məqsədlə bu gün (dünən - red.) bir neçə rayonda olduq, fermerlərlə görüşdük, onların qayğıları ilə maraqlandıq. Baramaçılığın, ipəkçiliyin inkişafı bu gün kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu məqsədlə xüsusi Dövlət Proqramı qəbul olunub. 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının əsas hədəfi ölkədə yaş barama istehsalını 6 min tona çatdırmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdlarının paylanılması prosesi zamanı jurnalistlərə müsahibəsində deyib.
Bu il Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılmasının hədəf olaraq qarşıya qoyulduğunu qeyd edən nazir bu sahədə nazirliyin əlaqədar qurumlarının üzərinə ciddi vəzifələrin düşdüyünü bildirib. “Rayonların kənd təsərrüfatı idarələrinin nümayəndələrinə tapşırdıq ki, ipəkqurdlarını kümçülərin ünvanlarına, evlərinə şəxsən aparıb çatdırsınlar, onları idarələrə dəvət etməsinlər”, - deyə nazir İnam Kərimov əlavə edib.
Əsas qayğılardan birinin də texnoloji yeniliklərlə, innovasiyalarla bağlı olduğunu vurğulayan nazir tezliklə kənd təsərrüfatının bütün sahələrində, o cümlədən ipəkçilik sahəsində fermerlərlə, kümçülərlə maarifləndirici kursların, treninqlərin keçiriləcəyini diqqətə çatdırıb.
“Aqrolizinq” ASC-nin gələcək fəaliyyəti ilə bağlı sualları cavablandıran İnam Kərimov deyib: “Hazırda bu qurumda əsaslı dəyişikliklər baş verib. “Aqrolizinq” ASC bundan sonra yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək. Burada düzgün idarəçiliyin bütün prinsiplərinin, o cümlədən şəffaflıq, hesabatlılıq, səmərəlilik prinsiplərinin tətbiqi tam təsbit ediləcək. “Aqrolizinq” ASC də digər kənd təsərrüfatı strukturları kimi, öz fəaliyyətini daim fermerlərin və kəndlilərin yanında olmaq prinsipi əsasında quracaq”.
Nazir bildirib ki, Qax Damazlıq İpəkçilik Stansiyası iki aydan sonra tam istifadəyə veriləcək. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31