/ / Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və birinci Konqresinin açılış mərasimi keçirilib
Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və birinci Konqresinin açılış mərasimi keçirilib
17.05.2018 [09:32]
Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalı ilə beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində son illərdə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyəti, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu (APIMSF) ilə sıx əlaqələr yaradılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 1988-ci ildə ABŞ-ın Çikaqo şəhərində təsis edilmiş APIMSF-in əsas məqsədi döyüş əməliyyatları, terror hücumları, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı cərrahiyyə əməliyyatlarını həyata keçirən dünyanın müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platformanın yaradılması, araşdırmalar, görüşlər, nəşrlər vasitəsilə hərbi cərrahiyyə elminin təşviqinin həyata keçirilməsidir.
Bu müddət ərzində APIMSF-in əhatə etdiyi ölkələrin coğrafiyası genişlənib. Cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə Bakıda 22-ci simpozium təşkil edilib. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilib.
Bu il mayın 15-də Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakıda Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və birinci Konqresinin açılış mərasimi keçirilib.
Açılış mərasimindən əvvəl konqres iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad edib, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların məzarlarını ziyarət ediblər.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını konqres iştirakçılarına çatdırıb. Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması barədə məlumat verən Prezidentin köməkçisi hazırda Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması səbəbindən sülhün təmin edilməsinin mümkün olmadığını deyib. Fuad Ələsgərov hərbi cərrahiyyə sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində Beynəlxalq Hərbi Cərrahlar Forumuna uğurlar arzulayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikası üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb. DSX rəisi bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Sonra ABŞ-ın Milli Hərbi-Tibbi Mərkəzinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümumdünya Cərrahiyyə Cəmiyyətinin baş katibi professor Kennet Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə çıxış ediblər.
İyirmi bir ölkədən - Azərbaycan, Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macarıstan, Moldova, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə və Yunanıstandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir dörd gün davam edəcək.
Konqres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Tədbirin fəxri qonaqlarından olan amerikalı professor Mark Bouer, Almaniyadan doktor Michael Engelhardt, Böyük Britaniyadan doktor Mansur Ali Xan, Cənubi Afrika Respublikasından doktor Kennet Boffard, Rusiyadan professor Pavel Brusov, Xorvatiyadan doktor Zvonimir Lovriç, Türkiyədən professor Çağatay Çifter beynəlxalq tədbirin moderatorları və spikerləri funksiyalarını yerinə yetirəcəklər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25

