/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib
13.06.2018 [09:09]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada, “Poklonnaya qora”dakı “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb. Tədbir Moskva Müsəlmanları Dini İdarəsi tərəfindən Rusiya Müsəlmanları Dini İdarəsinin və Moskva hökumətinin dəstəyi ilə təşkil olunub.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AZƏRTAC-a bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Poklonnaya qora”da hər il təşkil edilən “Ramazan çadırı” Rusiya Müftilər Şurasının mühüm layihəsi olub, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, Moskvada yaşayan və İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrinin birləşməsi məqsədi ilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Leyla Əliyevanın rəhbərliyi ilə hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev “Azərbaycan Günü”nü açıq elan edərək tədbir iştirakçılarını səfir Polad Bülbüloğlunun adından salamlayıb. Diplomat “Ramazan çadırı” məkanının təşkil edilməsinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya, Moskva Müsəlmanları Dini İdarəsinə və Moskva hökumətinə təşəkkürünü bildirərək vurğulayıb ki, keçən il Azərbaycanda qeyd edilən “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda da konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman ruhanilərlə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov, “Əhli-beyt” dini təşkilatının sədri Nizami Baloğlanov və başqaları da çıxış ediblər.
İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və iftar duası oxuyub.
Sonra Moskva müsəlmanları iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.
İftar mərasimində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş “Bir günəş altında” filmi nümayiş etdirilib. “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nömrələri səslənib, Azərbaycanı daha yaxşı tanımaq mövzusunda viktorina keçirilib. Gecənin iştirakçıları Azərbaycan tarixinə dair suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11

