Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır
29.08.2018 [09:02]
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq cəbhəyanı bölgədə yerləşən Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir. “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb.
Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün hər kənddə bir subartezian quyusu olmaqla 4 quyunun qazılması nəzərdə tutulub. Eyni zamanda, kəndlərdə 22 kilometr uzunluğunda magistral su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 106 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 kilometr su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb. Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq.
Qeyd edək ki, müvafiq Sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulur. Eyni zamanda, dövlət investisiya layihələri çərçivəsində 8 rayonunun 16 yaşayış məntəqəsində su layihələri icra edilir. Ümumilikdə cari ildə 21 rayonun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Artıq 10-a yaxın kənddə layihələrin icrası başa çatıb və 15 minədək kənd sakininin içməli su problemi həllini tapıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

