Ali məktəblər arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür
18.09.2018 [09:55]
Sentyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə birinci kurs tələbələrini təbrik edib. Rektor Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı BDU-nun flaqman rolunu uğurla davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib.
Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən akademik A.Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, bakalavriat və magistratura səviyyəsində qəbul olunanların (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil etdiyini bildirib. Məlumat verilib ki, BDU-ya daxil olan tələbələrdən 1982-si 500-dən, 461-i 600-dən, 131-i 650-dən artıq, üç nəfər isə 700 bal toplayıb, 12 nəfər Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə universitet tələbələrinin sayı 23 minə qədərdir.
Universitetin 100 illik tarixi yubileyə hazırlaşmasından bəhs edən rektor yubiley ərəfəsində yeni yataqxana şəhərciyinin və Yüksək Texnologiyalar Mərkəzinin istifadəyə veriləcəyini bildirib.
Daha sonra sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, 700 bal toplayaraq hüquq fakültəsinin tələbəsi adını qazanmış Əzim Əzizli və valideyn Mahirə Əhmədova çıxış ediblər. Onlar bu qocaman ali təhsil ocağı, o cümlədən yeni tədris ili ilə bağlı xoş arzu və istəklərini bildiriblər.
Qeyd edək ki, bu il BDU-nun Qazax filialına qəbul olunan tələbələrin sayında artım müşahidə edilib. Belə ki, bu il filiala 561 nəfər tələbə qəbul olunub. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Beləliklə, BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərə çatıb.
Bu tədris ilində BDU-nun “SABAH” qruplarına qəbul olunan tələbələrin sayı 250-dən 280-ə yüksəlib. Onlardan 264-ü BDU-nun tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə “SABAH” qrupları tələbələrinin sayı ötən illə müqayisədə 106 nəfər artaraq 701-ə çatıb.
Magistratura səviyyəsinə qəbul edilənlərin sayı 776 nəfər olub. Bu da ötən illə müqayisədə 132 nəfər çoxdur. Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 23 minə yaxındır.
Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə üç mindən çox əməkdaş, o cümlədən 1500 müəllim məşğul olur. Onlardan 300-dək əməkdaş elmlər doktoru, professor, minədək əməkdaş isə fəlsəfə doktoru, dosentdir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37

