Dini maarifləndirmə ilə bağlı tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır
19.09.2018 [09:49]
Sentyabrın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zirə qəsəbəsində “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirib. O, eyni zamanda, İslam dəyərlərinin öyrənilməsi və düzgün təbliğ olunması istiqamətində rayonda həyata keçirilən işlərin nəticələrindən bəhs edib. Bildirib ki, milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdərkində mühüm əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, İslam yarandığı ilk əsrdən başlayaraq bu günə qədər xalqımızın böyük əksəriyyətinin ibadət etdiyi din olmaqla yanaşı, həm də respublikamızda yüz illərlə formalaşan milli mənəvi dəyərlərin əsasını təşkil edir. Komitə sədri Ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli liderin siyasətinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.
İslami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrıldığını diqqətə çatdıran komitə sədri bildirib ki, cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Aşura mərasimlərindən də danışan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu mərasimlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək bildiriblər ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır. Vurğulanıb ki, bu cür tədbirlər, eyni zamanda, gənclərin mənəviyyatının zənginləşməsinə də təkan verir.
QMİ-nin səlahiyyəti nümayəndələri Soltan Əlizadə və Şünasi Məmmədyarov çıxışlarında dövlətin dinə və dindarlara qayğısından bəhs ediblər. Onlar buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxElm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05

