Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qızılağac Qoruğu əməkdaşlarına silahla xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb

Qızılağac Qoruğu əməkdaşlarına silahla xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb

04.10.2018 [08:33]

Oktyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğundan qoruq əməkdaşlarının reyd zamanı ərazidə qanunsuz ov edən şəxs tərəfindən ov silahı ilə atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə daxil olmuş material Masallı Rayon Prokurorluğunda araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, araşdırmalarla həmin tarixdə saat 02 radələrində qoruq ərazisində qanunsuz ov edən rayon sakini İlqar Səmədovun qoruğun mühafizəçiləri Böyükkişi Qaraşovun və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb məsuliyyətdən yaxa qurtarmaq məqsədilə ov tüfəngindən iki dəfə atəş açıb müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər istintaq hərəkətləri aparılıb.
İ.Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31