/ / Prezident İlham Əliyev həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə böyük diqqətlə yanaşır
Prezident İlham Əliyev həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə böyük diqqətlə yanaşır
02.11.2018 [09:31]
Dövlətimizin başçısının tapşırığına əsasən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-lərdə yayılan materialların araşdırılması ilə bağlı işçi qrupunun yaradılması da bunu bir daha təsdiq edir
Məlum olduğu kimi, son zamanlar kütləvi informasiya vasitələrində 1938-ci ildə repressiya qurbanı olmuş və güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı xəbərlər yayılıb. Hazırda tapılan qalıqların Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, lirik şeirləri ilə qəlblərdə yaşayan Mikayıl Müşfiqə aid olub-olmaması ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib. Əli Həsənov qeyd edib ki, cənab Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir. Onu da qed edək ki, dövlətimizin başçısının tapşırığına əsasən yaradılmış şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı işçi qrupunun ilk iclası keçirilib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin abidəsinin demontajı ilə bağlı məsələ haqqında da göstəriş vermişdi. Ölkə başçısının göstərişi ilə məsələ araşdırılmış və günahkarlar cəzalandırılmış, abidə isə dərhal öz yerində bərpa olunmuşdu. Həmin göstərişin qısa zamanda icrasından sonra Prezident İlham Əliyev abidəni ziyarət edib, önünə gül dəstəsi qoymuşdu.
Ümumiyyətlə, ölkəmizdə ədəbiyyat nümayəndələri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Hətta milli ədəbiyyat nümayəndələrinin nəşinin ölkəmizə gətirilməsi, öz Vətənlərində dəfn olunması da müqəddəs bir ənənədir. Belə ki, məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə 1982-ci ildə uzaq Sibirin əlçatmaz yerlərindən dahi şairimiz Hüseyn Cavidin nəşinin qalıqları doğma yurdu Naxçıvana gətirilib və dəfn olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, son günlər ölməz şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı xəbərlər Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təəssübkeşlərini dərindən maraqlandıran və narahat edən bir xəbər idi. Millət vəkilinin sözlərinə görə, sevindirici haldır ki, bu məsələyə ölkə Prezidenti səviyyəsində reaksiya verildi: “Möhtərəm Prezidentimiz bu məsələnin araşdırılması ilə bağlı işçi qrupunun yaradılması haqqında göstəriş verib. Bu addım bir daha möhtərəm Prezidentimizin ölkə mədəniyyətinə, ədəbiyyatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür. Hər birimiz ölkə Prezidentinə minnətdarıq. Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək qiymət verilir, bu dəyərləri qoruyan, yaşadan, inkişaf etdirən insanlarımız hər zaman diqqət mərkəzindədirlər. Möhtərəm Prezidentimiz milli mənəviyyatımızın saf şəkildə qorunması, gələcək nəsillərə ötürülməsi üçün bütün səylərini ortaya qoyur və biz həm də buna görə Prezidentimizə təşəkkür edirik”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bu addımı gözəl bir ənənənin davamıdır. J.Əliyeva xalqımızın Ümummilli lideri Heydər Əliyevin hələ Sovet dövründə Hüseyn Cavidin qalıqlarının ölkəmizə gətirilməsini təmin etdiyini xatırladaraq həmin dövrdə bunu etməyin olduqca çətin bir iş olduğunu, Ulu öndərimizin məhz Öz siyasi karyerasını təhlükə altına qoyaraq və heç nədən çəkinmədən buna nail olduğunu deyib: “Bu, Ulu öndərimizin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biridir. Mən həmin günləri çox yaxşı xatırlayıram. Bəlkə də, mənim ədəbiyyata bağlanmağımın ən böyük səbəblərindən biri məhz bu hadisə idi. Həmin dövrdə bütün Azərbaycan ziyalılarının gözü Sibirə dikilmişd. Hətta bu məsələ ilə bağlı xatirələrdə oxumuşam ki, Hüseyn Cavidin nəşi Yerevan üzərindən Naxçıvana aparılmalı olsa da, Ulu öndərimizin göstərişi ilə marşrut dəyişilib və Hüseyn Cavidin nəşi Bakıdan Naxçıvana aparılıb. Bu, Heydər Əliyev vətənsevərliyinin böyük nümunələrindən biri idi. Bu gün Prezident İlham Əliyevin verdiyi tapşırıq məhz bu tarixi ənənənin yaşadılması deməkdir”.
Milli Məclisin üzvü Kamilə Əliyeva da mərhum şair Mikayıl Müşfiqlə bağlı məsələnin Prezident İlham Əliyev tərəfindən diqqətə alınmasını və dövlət başçısının müvafiq göstərişini yüksək dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti hər zaman bu kimi məsələlərdə şəxsi iradəsini ortaya qoyaraq ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına öz töhfəsini verir: “Müəyyən bir müddət idi ki, məsələ ilə bağlı müzakirələrin şahidi olurduq. Möhtərəm Prezidentimizin göstərişi ilə yaradılmış işçi qrup bütün müəmmalara və suallara aydınlıq gətirəcək. Ölkə ictimaiyyəti adından bu məsələyə göstərdiyi həssaslığa görə möhtərəm Prezidentimizə təşəkkür edirik. Gənc yaşlarında repressiya qurbanı olmuş Mikayıl Müşfiqə göstərilən bu diqqət bütövlükdə Azərbaycan ədəbiyyatına göstərilən diqqətdir. Xatırlayırıq ki, hələ ötən il mərhum şairin abidəsi ilə bağlı məsələyə də reaksiya verən möhtərəm Prezidentimiz həmin abidənin yenidən yerinə qaytarılmasına göstəriş vermişdi. Azərbaycan dövləti hər zaman milli-mənəvi dəyərlərimizin təbliğinə, onların qorunmasına həssaslıqla yanaşır. Bu, gözəl bir ənənədir. Bir daha bu gözəl addıma görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

