Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
18.01.2019 [09:28]
Tanınmış təhsil ekspertləri və aparıcı KİV nümayəndələri üçün yanvarın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2018/2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, akademiyanın rəisi Qulu Novruzov DGKA-nın xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğunu vurğulayıb. 2012-ci ildə yaradılan ali təhsil müəssisəsinə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə ilk tələbə qəbulu 2014/2015-ci tədris ilində aparılıb.
O, akademiyanın fəaliyyəti haqqında məlumat verərək burada tədris olunan fənn və ixtisaslar barədə danışıb. Azərbaycanın gömrük orqanları üçün əməkdaşlar hazırlamaq missiyasının bu xüsusi təyinatlı müəssisənin əsas vəzifəsi olduğu nəzərə çatdırılıb, 2018-ci ildə akademiyanı bitirmiş məzunların hazırda gömrük orqanlarında çalışdığı vurğulanıb.
Q.Novruzov qış imtahan sessiyasında imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradıldığını deyib. Qeyd edib ki, imtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq məqsədilə apelyasiya komissiyası fəaliyyət göstərir.
O, imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Sessiyanın gedişində tələbələrə imtahanlarla bağlı şikayət, rəy və təkliflərini müvafiq elektron ünvana göndərmək imkanı yaradılıb. Tələbələr tərəfindən bildirilən irad və təkliflərin təhlil olunaraq müzakirə olunduğu da qeyd olunub.
Akademiyanın rəisi iqtisadi təhlükəsizliyin təmin olunmasında Dövlət Gömrük Komitəsində aparılan islahatlardan, təhsil ocağında aparılan islahatlar və yeniliklərdən danışıb. O, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlərin yeni formatda və məzmunda keçirildiyini xatırladıb. Vurğulayıb ki, ilk təlimlərdə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 29 əməkdaş iştirak edib, hazırda isə 39 əməkdaş iştirak edir.
Q.Novruzov deyib ki, ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsidir. Bu baxımdan ali təhsil ocağının beynəlxalq əlaqələrinin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qarşıya qoyulub. Akademiyaya peşəkar müəllim və pedaqoji heyətin cəlb olunması istiqamətində də işlər aparılır, həmçinin xaricdə magistr və doktorantura təhsili alan şəxslərlə əməkdaşlıq etməkdə maraqlıdır.
Tələbələrin bilik, bacarıq və səviyyəsindən söz açan akademiyanın rəisi onların həm akademik, həm şəxsiyyət, həm də yetkinlik, davranış baxımından müsbət keyfiyyətlərə malik olduqlarını deyib. DGKA-da “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələrin orta bal göstəriciləri 530-620 arası, “Hüquqşünaslıq” ixtisası üzrə isə orta bal göstəriciləri 540-610 bal arasıdır: “Hazırda akademiyada tələbələrin yalnız bilikli, bacarıqlı, peşəkar kadrlar kimi deyil, həmçinin vətənpərvər, geniş dünyagörüşünə və yüksək mənəviyyata sahib yetkin şəxsiyyət kimi formalaşmasını təmin edən mühit yaradılıb”.
Sonra akademiyada imtahanların keçirilməsi mexanizmini əks etdirən videoçarx nümayiş etdirilib.
Görüşdən sonra təhsil ekspertləri və KİV nümayəndələri imtahanların gedişatını izləyib, təlimlərin dinləyicilərinin nəzəri və praktiki dərs prosesi ilə yaxından tanış olublar.
Sonda imtahanlarla və təlimlərlə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
DGKA-da imtahanlar yanvarın 3-də başlayıb və fevralın 1-də başa çatacaq. Bununla yanaşı, gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün keçirilən növbəti xidmətə hazırlıq təlimləri yanvarın 31-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

