/ / Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
15.10.2019 [09:42]
Qazaxıstan Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Yerlan Turqumbayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-də Yerlan Turqumbayev və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
V.Eyvazov Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Yerlan Turqumbayevi təbrik edərək, bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, ölkələrimiz arasındakı əlaqələrin daim strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladan nazir dövlətlərimizin başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini, sahələrarası səmərəli işbirliyinin yeni məzmun kəsb etdiyini diqqətə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın, ilk növbədə, xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
Qonaqlara müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, torpaqlarımızın işğalı, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlər barədə qısa məlumat verilib.
Qazaxıstan Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Yerlan Turqumbayev yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Y.Turqumbayev ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, insan hüquq və azadlıqlarının müdafiəsi, DİN sistemində həyata keçirilən islahatlar, əməliyyat-xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi və digər sahələrdə görülən işlər, həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

