Gəncədə Dövlət Bayrağı Günü coşqu ilə qeyd olunub
09.11.2019 [10:19]
Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə təntənəli tədbir təşkil edilib.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin, millət vəkili Pərvin Kərimzadənin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərovun və gənclərin iştirak etdiyi tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdən əvvəl iştirakçıların üzlərinə boyalarla üçrəngli bayrağımızın şəkli çəkilib, hər kəsə bayraq paylanıb. Tarixin özü qədər qədim olan bir ölkənin müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız tədbir iştirakçılarının əllərində daha möhtəşəm, daha şərəflə dalğalanıb.
Millət vəkili Naqif Həmzəyev ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb.
“Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət bayrağımıza münasibəti hər bir vətəndaş üçün nümunədir”, - deyə millət vəkili Pərvin Kərimzadə bildirib.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.
Tədbirdə Prezident İlham Əliyevin qüdrətli siyasəti sayəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanacağına əminlik ifadə olunub.
Bayram tədbirinin bədii hissəsi milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən müsabiqələr, həmçinin musiqili proqramla davam edib.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

