/ / Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir
Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir
29.02.2020 [10:28]
Bəhs olunan epidemiya ilə mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işləri aparılır, ölkə ərazisində, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik işlər görülür
Çinin Uxan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı mübarizə, onun simptomları, yayılması, keçmə yolları, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər dünya mediasının gündəmini zəbt edib.
Koronavirus nədir və ondan necə qorunmaq olar?
Dünya Səhiyyə Təşkilatının (DST) internet saytında bu barədə ümumi xarakterli və spesifik məlumatlar yerləşdirilib, operativ informasiya dövriyyəsi müşahidə olunur. Mənbədə əksini tapmış məlumatda qeyd edilir ki, Çində yaranan koronavirusun yeni növü rəsmi olaraq “COVID-2019” adlanır. CO - “koronavirus”, VI - “virus” və D isə “xəstəlik” deməkdir. Koronavirus geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü insandan insana ötürülə bilər. İlk növbədə virusun asqırma və öskürmə nəticəsində yaranan tənəffüs damlaları vasitəsilə yaxın təmaslar nəticəsində yayılması ehtimalı daha güclüdür. Bu virus növü 20-dən çöx ölkədə yayılıb. İnfeksiyadan qorunmaq üçün ilk növbədə ciddi profilaktik tədbirlər həyata keçirilməlidir. Belə ki, təmizliyə riayət olunmalı, standartlara cavab verən qalın tibbi maskalardan istifadə olunmalı, dezinfeksiyaedici maddələrin dozası artırılmalıdır. Bununla yanaşı, baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinməsi xəstəliyin ilk simptomlarının müşahidə olunması ehtimalını yarada bilər. Virus adətən yaşlı və immuniteti zəif insanlara ciddi təsir edir. Bu səbəbdən belə hallarla qarşılaşan şəxslər həkim nəzarətində olmalı, müvafiq tibbi müayinələr aparılmalıdır. Eyni zamanda, xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayaraq onların daimi monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.
DST-nin internet saytında yayılmış ekspert-mütəxəssis rəylərində də qeyd edildiyi kimi, koronavirus qripin bir növü kimi xarakterizə olunur. Bəzi informasiya mənbələrində yer alan informasiyalar isə elmi və tibbi əsaslara malik deyil, həqiqəti əks etdirmir. Daha dəqiq desək, bu virus həyat üçün təqdim olunduğu kimi təhlükəli deyil. Adi qripdən, müxtəlif xəstəliklərdən, qəza hallarından və s. ölənlərin sayı ilə müqayisə aparıldıqda faiz nisbəti ilə koronavirusa yoluxanların arasında ölüm halları digər xəstəliklərdən qaynaqlanan ölümdən heç də üstün deyil.
Ölkəmizdə müvafiq tədbirlər həyata keçirilir
Xüsusi olaraq qeyd etmək lazımdır ki, mövcud vəziyyət virusun dünya miqyasında yayılması prosesinin davam etdiyini və heç bir ölkənin sözügedən epidemiyadan sığortalanmadığını göstərir. Təbii ki, Azərbaycan dünyadan təcrid deyil və beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilər. Çin, İran, İtaliya və digər bir sıra ölkələrin təcrübəsi göstərir ki, hətta dünyanın nəhəng, inkişaf etmiş ölkələri belə bu cür hallarla qarşılaşmaqdadır. Təqdirəlayiq haldır ki, ölkəmizdə koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işləri aparılır, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlər gücləndirilir. Yəni Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var. Bütövlükdə, müvafiq qurumlar infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirləri davam etdirirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

