/ / “Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
28.08.2020 [09:06]
“Azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolu” mövzusunda təşkil edilən tədbirdə azərbaycançılıq ideologiyasının gənc nəslin milli ruhda tərbiyəsində rolundan danışılıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub.
“Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə müsabiqənin qalibi olub. Hazırda redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eynizamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ların keçirilməsini davam etdirir.
Beləliklə, avqustun 26-da növbəti “dəyirmi masa” “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə “Azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolu” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Pərviz Sadayoğlunun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli iştirak ediblər.
Çıxışlar zamanı azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, azərbaycançılıq ideologiyası gənc nəslin tərbiyəsində, vətənə bağlılığında, milli maraqlarımız və onun qorunmasında əsaslı əhəmiyyətə malikdir. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində ölkəmizdə milli birlik təmin edilib. Vurğulanıb ki, məhz azərbaycançılıq ideologiyası qısa zaman kəsiyində dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımızın vahid milli amal uğrunda birləşməsini təmin edib.
Tədbirdə o da vurğulanıb ki, bu gün regionlarımızda gənc nəslin milli-vətənpərvər ruhda tərbiyəsi üçün mühüm tədbirlər həyata keçirilir. Qeyd edilib ki, bununla bağlı regionlarımızda YAP rayon təşkilatlarının, eləcə də rayon İcra Hakimiyyətlərinin təşəbbüsü ilə görüşlər keçirilir, bu istiqamətdə maarifləndirmə işi aparılır. Bunun nəticəsidir ki, bu gün hər bir gənc ölkəmizin ərazi bütövlüyü naminə Ali Baş Komandanın hər bir əmrinə hazır olduğunu bildirir.
Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

