Azərbaycanda bütün xalqların və dinlə rin nümayəndələri bir ailə kimi yaşayırlar
18.09.2020 [23:48]
Ölkəmiz etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir
Məlum olduğu kimi, çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixboyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Belə ki, Azərbaycanda dini münasibətlərin tarixinə nəzər saldıqda, xalqımızın qədim dövrlərdən digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, ölkəmizdə milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının olmadığını görmək olur. Regionun aparıcı dövləti olan Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri də məhz ölkəmizdə multikultural və tolerant cəmiyyətin mövcud olması, eləcə də milli-mənəvi dəyərlərin qorunmasıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mühiti mövcuddur.
Təsadüfi deyil ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri də formalaşıb. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı tam təmin olunur, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Tolerantlıq ənənələrinin qorunub saxlanılmasına, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir. Onun nəticəsidir ki, Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına da mühüm töhfələr verir. Belə ki, ölkəmizin paytaxtı dünyanın dini liderlərinin zirvə görüşlərinə, sivilizasiyalar və mədəniyyətlərarası dialoq forumlarına və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə başlanan, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yeni bir formatda əməkdaşlığına əsaslanan “Bakı Prosesi” çərçivəsində Bakıda hər il mədəniyyətlərarası və dinlərarası dialoq mövzusunda çoxsaylı tədbirlər keçirilir.
Multikultural dəyərlərə böyük önəm verən Azərbaycanın dünya miqyasında dinlərarası dialoq mərkəzinə çevrilməsi Prezident İlham Əliyev tərəfindən də xüsusi vurğulanıb: “Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir”.
Bir sözlə, Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir. Belə ki, ölkəmizdə yaşayan xalqların və dinlərin nümayəndələrinə öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradılıb. Buna görə də respublikamızda bütün xalqların və dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Eyni zamanda, ölkəmizdə yaşayan xalqların və dinlərin nümayəndələri ölkədə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirak edir, həmrəylik nümayiş etdirirlər.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

