/ / Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin, Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişinin və Gəncə Yəhudi Dini İcmasının birgə BƏYANATI
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin, Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişinin və Gəncə Yəhudi Dini İcmasının birgə BƏYANATI
15.10.2020 [09:00]
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasını kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar.
AZƏRTAC bəyanatın mətnini təqdim edir: “Məlum olduğu kimi, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq davamlı şəkildə raket atəşinə tutulur. Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb. 10 yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə ciddi ziyan dəyib. Ermənistanın Gəncəyə qarşı hərbi təcavüzü nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, mədəniyyət obyektləri, habelə təhsil müəssisələri ilə yanaşı, buradakı dini məbədlərə də ciddi ziyan dəyib. Belə ki, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin İmamzadə Dini-Memarlıq Abidə Kompleksi də zərər görüb. Çoxmillətli və tolerant ölkə olan Azərbaycan burada yaşayan bütün millət və xalqların ümumi vətənidir. Öz taleyini, öz həyatını bu torpağa bağlayan, əsrlərdən bəri bu torpaqda yaşayan, müxtəlif millətlərdən olub, fərqli dinlərə etiqad edən insanlar - bütünlüklə hamısı azərbaycanlıdır.
Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkəmizdə yaşayan xalqların içərisinə dəfələrlə ədavət toxumu səpməyə, onlar arasında olan birlik və bərabərliyi pozmağa çalışsa da buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri hərbi cinayətlər, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bu torpaq uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimiz aramızda olan birlik və qardaşlıq tellərini daha da möhkəmləndirir.
Biz, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini, ağır kütləvi qırğın silahlarının dinc mülki əhaliyə qarşı istifadəsini qətiyyətlə pisləyir, beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

