Cəbrayıl şəhərinin azad edilməsinin qəhrəmanlarından biri - şəhid Devran Nayıbov
18.12.2020 [09:24]
2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Azərbaycan xalqı bu müharibədən alnı açıq, üzü ağ çıxdı, böyük zəfər, şanlı qələbə qazandı. Döyüş meydanında qazandığımız qələbəyə görə xalqımız Müzəffər Ali Baş Komandanımız başda olmaqla Ordumuza, igid zabit və əsgərlərimizə, qazilərimizə və canını Vətən yolunda fəda edən şəhidlərimizə minnətdardır.
“Yeni Azərbaycan” qəzeti olaraq Vətən müharibəsi zamanı döyüş meydanında əsl qəhrəmanlıq göstərib, tarix yazan şəhid və qazilərimiz haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.
O, torpaqlarımızın işğal altında qalmasını qəbul edə bilmirdi
Növbəti yazımız torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olan Devran Fazil oğlu Nayıbov haqqındadır. Devran 44 günlük Vətən müharibəsində düşmənə qan udduran xüsusi təyinatlı qoşunların qəhrəman üzvlərindən biri idi. Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayan gündən Devran Nayıbov da torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Buna görə də Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə gözləyirdi və bu əmr verildikdən sonra böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı.
Qeyd edək ki, Devran Fazil oğlu Nayıbov 29 noyabr 1993-cü ildə Bərdə rayonunda anadan olub. 2011-ci ildə Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirib. O, 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti dövründə kəşfiyyatçı olub. Devran nümunəvi hərbi xidməti ilə həmişə fərqlənib və buna görə də rəhbərlik tərəfindən dəfələrlə təltif olunub. Onun arzusu xüsusi təyinatlı qoşunlarda xidmət etmək olduğu üçün həqiqi hərbi xidməti başa vurduqdan sonra da bu sistemdə çalışmağa qərar verib. Təbii ki, Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq elə də asan deyildi. Kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək öyrədilirdi. Yəni bu qurumda xidmət etmək üçün çox ağır sınaqlardan keçmək lazım idi. Dözümlü və cəsarətli olanlar kurslardan uğurla çıxır, kursun sonuna çox az adam qalırdı.
Devran döyüşlər zamanı həmişə öndə olub
Beləliklə, Devran xüsusi təyinatlı qoşunlarda xidmətini “maxe” kimi davam etdirib, daha sonra kiçik gizir rütbəsinə kimi yüksəlib. Xüsusi təyinatlı kimi Devran Nayıbov şanlı Aprel döyüşlərinin də iştirakçısı olub.
Devran üç bacının bir qardaşı idi. Özü də subay idi. Ailə üzvləri söyləyirlər ki, Devran torpaqlarımızın erməni işğalında olması ilə barışa bilmirdi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra onun xüsusi təyinatlı qüvvələrdə xidmət etməsinin əsas səbəbi də bu idi. O inanırdı ki, gün gələcək işğal altında olan torpaqlarımız azad olunacaq. Və belə də oldu.
Devran döyüşlər zamanı həmişə öndə olub, digər əsgər yoldaşları ilə düşmənə qan uddurub. O, Cəbrayıl şəhərinin azad edilməsi əməliyyatında iştirak edib. Şəhəri azad etdikdən sonra namərd düşmənin snayper gülləsinə tuş gəlib... Devran şəhidlik zirvəsinə yüksəlib. O, Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.
Ailə üzvləri qeyd edirlər ki, bu gün Devranın ruhu şaddır. Çünki onun həmişə arzusu gerçəkləşib - torpaqlarımız işğaldan azad edilib. Valideynləri, bacıları Devranla qürur duyurlar, çünki torpaqlarımızın işğaldan azad olunmasında, bu tarixin yazılmasında onun da imzası var...
Yeri gəlmişən, Devran Nayıbov Prezident İlham Əliyevin 15 dekabr tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 22:47
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30

