/ / “İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzusunda vebinar keçirilib
“İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzusunda vebinar keçirilib
10.03.2021 [18:23]
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən dördüncüsü keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Rebekka Lamont adına şərabçılıq məktəbi”nin (Rebecca Lamont Wine School) dəstəyi ilə təşkil olunan vebinar “İpək Yolunun Sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzusuna həsr olunub.
Tədbirdə enoloq Andrea Uliva və dizayner-sahibkar Culio Vinaççia spiker qismində iştirak ediblər.
Vebinarda Azərbaycanda istehsal olunan 3 şərab növü – yalnız Azərbaycanda yetişdirilən “Bayan şirə” üzümündən hazırlanan ağ turş, “Mədrəsə”, eləcə də “Saperavi-Kaberne Sovinyon” üzümündən hazırlanan qırmızı turş şərablar barədə müzakirələr aparılıb.
Azərbaycanın unikal təbii-coğrafi mövqeyindən danışan Andrea Uliva adı çəkilən şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə məlumat verib. O, ölkəmizin eyni zamanda zəngin mətbəxə malik olduğunu vurğulayaraq, müxtəlif şərab növlərinə uyğun ən yaxşı yemək nümunələrinin adını çəkib.
Dünyanın müxtəlif yerlərinə səyahət etmiş Culio Vinaççia Azərbaycanda bir çox fərqli mədəniyyətin birləşdiyini və bunun da şərabçılıq mədəniyyəti üçün bənzərsiz imkanlar yaratdığını vurğulayıb. O, eyni zamanda qədim İpək Yolu üzərində yerləşən Şəkidə yaradılan sənətkarlıq nümunələrindən təsirləndiyini bildirib.
Spikerlər Azərbaycanda istehsal olunan şərabların ixrac olunduğu ölkələr, beynəlxalq təcrübədə mövcud olan üzüm növlərinin təyinatına nəzarət sistemi ilə bağlı Azərbaycanda cari vəziyyət, ölkəmizdə şərabçılıq sənayesinin mövqeyi və s. barədə verilən sualları cavablandırıblar.
Qeyd edək ki, ilk dəfə olaraq vebinarda iştirak edən qonaqlar üçün əvvəlcədən göndərilmiş Azərbaycan şərablarının onlayn dequstasiyası həyata keçirilib. İştirakçılar yuxarıda sadalanan hər 3 şərabdan dadaraq üstünlük verdikləri növ barədə fikir bildiriblər.
Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirlərindən ilk üç tədbir “Sülh, saziş və transqafqaz regionu: Azərbaycana iqtisadi baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, “İpək Yolunda mədəniyyət, həyat tərzi və biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və ənənələrinə, “Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının tarixi” mövzusu ilə Azərbaycanın xalçaçılıq ənənələrinə həsr olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50

