“Sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməməsi üçün qaydalara riayət olunmalıdır”
30.04.2021 [08:14]
Yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması, yoluxan və həyatını itirən şəxslərin sayında kəskin artım bütün dünya üçün hələ də çox ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq edilir. Pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərlə yanaşı, sərt karantin rejimi də qüvvədə saxlanılır, kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Mütəxəssislərin sözlərinə görə, bu, insanların sağlamlığının qorunması üçün çox böyük əhəmiyyətə malikdir.
Xəbər verdiyimiz kimi, Türkiyədə COVID-19-la mübarizə tədbirlərinin effektivliyini təmin etmək üçün aprelin 29-dan mayın 17-nə kimi bütün ölkəboyu “tam qapanma” rejimi tətbiq edilir. Lakin koronavirus məhdudiyyətləri xarici turistlərə şamil olunmur. Eləcə də Gürcüstanda COVID-19 virusuna yoluxanların sayında yenidən artım qeydə alındığına görə Pasxa bayramı ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Bunlarla yanaşı, Misirin 18 vilayətində təravih namazları vaxtı əhalinin toplaşması və ibadət vaxtı məhdudlaşdırılıb. Misirin səhiyyə naziri Halə Zayid əhaliyə müraciət edərək Ramazan ayı boyunca karantin qaydalarına əməl etməyə çağırıb. Tunisdə də daha sərt karantin qaydaları tətbiq edilib. Belə ki, axşam saat 7-dən səhər 5-dək insanların küçəyə çıxması və avtomobillərin hərəkəti qadağan olunub. Ölkə Prezidenti Kais Said əhalini karantin qaydalarına əməl etməyə çağırıb.
Xristian kilsələrində də qarşıdakı bayramlarda ibadətlər qadağan edilib. Qibti keşişləri Pasxa bayramı zamanı insanlara evlərində ibadət etməyi tövsiyə edib. Həmçinin Yaponiyanın Baş naziri Yoşihide Suqa koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin bir neçə prefekturasında fövqəladə vəziyyət rejimi elan edib. Bildirilir ki, “Qızıl həftə” adlanan tətil günləri ərəfəsində elan edilən fövqəladə vəziyyət rejimi mayın 11-dək davam edəcək. Bundan başqa, İtaliya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki fövqəladə vəziyyətin müddətinin iyulun 31-dək uzadılması barədə qərar qəbul edib.
Vurğulamaq lazımdır ki, ölkəmizdə də həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəldilib. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqedədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur. Respublikamızda əhalinin vaksinasiyası sürətlə və mütəşəkkil şəkildə davam edir.
Öz növbəsində, məsələyə münasibət bidlirən həkim-infeksionist Tamerlan Sadıqov deyib ki, təhlükəli infeksiyanın qarşısını ala biləcək yeganə üsul vaksinasiyadır. Onun sözlərinə görə, pandemiyadan xilas olmağın yolu əhalinin vaksinasiya olunması ilə bərabər, gigiyena qaydalarına riayət edilməsi, sosial məsafənin gözlənilməsi və tibbi maskadan düzgün istifadə edilməsidir: “Nə qədər çox insana peyvənd vurularsa, kütləvi immunitetin yaranması da bir o qədər tez təmin olunar və beləliklə, biz xəstəliyə daha tez qalib gəlmiş olarıq. Yeri gəlmişkən, COVID-19-un geniş yayılmaması və insanların sağlamlığının qorunması üçün bütün müsəlman ölkələrində məscidlərdə kütləvi şəkildə namaz qılmağa və tədbirlərə qadağa qoyulub. Bu sərt tədbirlər hətta şəriət qanunları ilə idarə olunan dövlətlərdə də mövcuddur. Ramazan ayı birlik, bərabərlik ayıdır. Xalqımız pandemiya ilə mübarizə aparmaq üçün bu mübarək ayda da birlik nümayiş etdirməlidir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

