Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rəml atıram, fala baxıram

Rəml atıram, fala baxıram

11.12.2021 [11:26]

İlhamə Rəsulova

İnsan oğlunu gələcək taleyi hər zaman maraqlandırıb, həmişə hadisələri qabaqlayıb bir neçə addım irəlini görmək, başqalarının duyğularını öyrənmək, hadisələrin gedişini özünə tabe eləmək istəyib. Beləcə sehrbazlıq, cadugərlik, falçılıq, qara və ağ magiya anlayışları yaranıb. Fala baxmaq, cadu etmək hətta ibtidai insanların yaşam tərzində də olub. Divarlara öküz şəkili çəkib, onun üzərinə ox atır, bu ritualla uğurlu ov əldə edəcəklərinə inanardılar. Bu gün Vudu cadugərlərinin insan fiqurunu xatırladan oyuncaqların müəyyən nahiyələrinə iynə batırmaqla, hətta uzaq məsafədəki insanı xəstələndirəcəklərinə dair inancın kökündə də bu dayanır.

Müəyyən  güclərə sahib olan  insanlar yox deyillər. Onlar bütün əsrlərdə yaşayıblar. Elm çox zaman onların qabiliyyətlərinin izahını verə bilmir. İndi özlərini ekstrasens adlandıran belə insanlar  qədim dövrlərdə kahinlər, şamanlar, cadugərlər və s. kimi meydana çıxmışdılar.

 Şamanizm

Şamanizm qədim türklərin ilkin inanclarındandır. Şamanlar ruhlar, tanrılar və insanlar arasında əlaqə yaradan kahinlər idi. Bundan əlavə, xəstəlikləri sağaltmaq, yer-göy tanrılarına qurbanlar çatdırmaq, müxtəlif dini mərasimlər təşkil etmək, insanları şər ruhlardan qorumaq, gələcək haqqında fal açmaqla da maraqlanırdılar.

İlk və ən nüfuzlu şamanlar qadınlar idi. Lakin sonradan bu işdə kişilər dominant rol oynamağa başladılar.

Şaman olan birinin soyunda başqa şaman olmalıdır. Nadir hallarda ölmüş bir şamanın yeni insan ruhu seçdiyi də görülüb. Şamanizm əlamətləri ümumiyyətlə, cinsi yetkinliyin keçid mərhələsində müşahidə olunur. Sürreal varlıqlar görmək, tez-tez baş gicəllənməsi, ruhi və fiziki ağrılara məruz qalmaq, əsəbi olmaq, özünütəcrid etmək, daim düşüncəli davranmaq kimi davranışlar şaman olacaq insanda müşahidə edilən əlamətlərdir. Çox yayğın olmasa da, dünyanın müxtəlif yerlərində şamanların trans vəziyyətinə düşmək üçün narkotik otlardan və ya narkotiklərdən istifadə etdiyi müşahidə edilmişdir. Maraqlıdır ki, qədim türeklərdən qalma şamanlıq ayinləri indi də Cənubi Amerika hinduları arasında yayğındır. İbtidai icma quruluşu şəkilində cəngəlliklərdə yarıçılpaq yaşayan bu tayfalar Sirius ulduzuna əsasən astroloji xəritələr tərtib edir, özlərinin yad planetlərdən gəlmə olduqlarına inanır, şaman ritualları altında trans halına düşürlər.

Şamanların xüsusi geyimləri, istifadə etdikləri qaval və əsaları trans vəziyyətinə düşmək, ruhlarla əlaqəyə girmək üçün vacib atributlardır. Hazırda şamanlıq Rusiyada yaşayan buryatlar, yakutlar arasında davam etdirilir. Bu ənənənin 3 min il yaşı olduğu deyilir. Sibir şamanları özlərinin xüsusilə güclü olduqlarını iddia edirlər.

Şamanlar hər xəstəliyin ruhdan qaynaqlandığına inanırlar. Onların fikrincə, ən kiçik soyuqdəymədən tutmuş böyük xəstəliklərə qədər hər bir sağlamlıq problemi insanın ruhu ilə bağlıdır. Xəstəlik təxminən ruhun bədəndən qaçan bir hissəsi kimidir. Şamanlar deyirlər ki, əslində qripə yoluxan orqanizm deyil. Əzab çəkən ruhdur və bədən onu əks etdirir. Biz yalnız ruhu sağaldırıq. Ruh isə bunu avtomatik olaraq bədəndə əks etdirir. Onlar heç vaxt həkimə müraciət etmirlər, lakin şamanlara müraciət edən həkimlər çoxdur. Türkiyədə yaşayan şaman Cenk Sertdəmir öz dərslərini sibirli şamanlardan alıb. O qeyd edir ki, ağ və qara şamanlar kimi tanınan iki növ şaman var. İnanca görə, ağ şamanlar göyə, qara şamanlar isə yeraltına, yəni şeytana aiddir. Biri yaxşılıq, digəri pislik edir. Cenk Sertdemir ağ şamandır.  Onun sözlərinə görə, “Sehrbaz kimi tanınanların arasında qara şamanlar da var”.

Azərbaycanın da şamanları var və onların güc aldıqları məkan Qobustandır. Azərbaycanda ən tanınmış şaman Tərlan Manafovdur. Onun sözlərinə görə, Qobustanda qayaüstü rəsmləri şamanlar çəkib. İstənilən qayaüstü rəsmlərdə şamanlar enerjilərini və demək istədikləri informasiyanı qoyublar. İnsanlar o rəsmlərə baxıb, o informasiyanı hiss edə bilərlər. Şamanlar isə xüsusilə bunu hiss edə bilirlər.

“Şamanlar hava, su, od və torpaqla rabitə qura bilirlər. Kodları biləndən sonra şamanlar bu ünsürlərə təsir edirlər. Yer kürəsi də insan kimi canlıdır. Onun da beyini, gözü, ürəyi var. Mən Qobustanda işləyirəm. Qobustan yer kürəsinin ürəyidir. Qobustandan 26 min ildir ki, bəzi enerjilər tənzimlənir. Bu enerjiləri tənzimləyən şamanlar var. Bu gün də Altaydan, Hindistandan və başqa yerlərdən şamanlar bir neçə aydan bir Qobustana gəlirlər. Azərbaycandan da mən onlarla birlikdə orada bu enerjiləri idarə edirik”.

Tərlan Manafovun dediyinə görə, insan öləndən sonra ruhu 40 gün ərzində yox olub gedir. Ruh energetik və ya işıqlı bir bədəndir. Bəzi insanlar uzun müddət ruhu üzərində işləyərək öləndən sonra yaşaya bilər. Yəni 40 günə əriməyə bilər. Bunu da xüsusi vergili və seçimli insanlar edə bilirlər. Onlar da başqa dünyalarda yaşayırlar. Ancaq milyarddan bir insan bunu edə bilir. İnsanlar çox məşq edəndə cismən bir yerdən digər yerə keçə bilirlər. Məsələn, bir şəhərdən digər şəhərə. Bir məkandan digər məkana. Bu dünyadan başqa bir dünyaya astral səyahət və cizmi ilə birlikdə köç etmək mümkündür. Lakin bunu hər insan bacarmaz. Şamanlar təbiətin və heyvanların dilini bilirlər. Canavar, qartal, tülkü, öküz isə onların totemləridir. Qobustanı qurd, at, qartal libasındakı əyələr qoruyur. Onların öz sahələri olur, ərazilərinə icazəsiz daxil olanda bəzən zərər də vura bilərlər.

Əyə barədə Azərbaycan mifologiyasında da məlumatlar var. Hər evin öz gözəgörünmən əyəsi, yəni yiyəsi (slavyanlarda domovoy) var. Dilimizdə işlədilən ev yiyəsi anlayışı məhz bu qədim inancdan qalmadır. Hər bir evə daxil olanda salam ay ev əyəsi- yiyəsi deməklə ruhları sevindirmiş nənə-babalarımız.

O məşhur “Qurd yağı” məsələsi

Bütün dünyada magiya ilə məşğul olan maqların istifadə etdikləri ortaq sirli bir məfhum var- qurd yağı. İki cür olur. Canavarın arxa pəncəsindən alınan piy və bir də yeni ölmüş insanın cəsədinə düşən qurdlardan alınan yağ. Qurd yağı toksik maddədir. Dəydiyi yerdən yuyulsa da getmir, hepatitdən də təhlükəli virus daşıyıcısıdır. Canavardan alınan qurd yağı isə amerikalı hindulara da məlum olub və onlar bundan magiya məqsədilə istifadə ediblər. Hindular inanırlar ki, boynundan canavar dişi asmış insan üçün həyatda bütün qapılar taybatay açıq olur. 2013-cü ildə Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansıdır?” - deyə bir sorğu keçirdi. 5 ölkədən 10 min insan arasında keçirilən sorğunun yekunlarına görə, respondentlər canavarı ən mistik varlıq kimi xarakterizə ediblər. Slavyan mifologiyasında canavara şərin elçisi kimi yanaşılır.

Canavar Azərbaycan və tatar inancına görə, qurdun bədəninin piyi dəhşətli gücə malikdir və “qurd yağı” adı verilən bu maddə ilə insanı öldürməkdən tutmuş, digər ağır faciələrə qədər bir sıra dəhşətli əməllər törətmək olar.

Azərbaycanda XIX əsrə qədər hesab edirdilər ki, qurdu öldürüb, ürəyini çiy-çiy yeyən insanda qorxu hissi olmur. Qorxmaz insanlara xitabən “qurd ürəyi yeyib” deyilməsi burdan qalıb.

Falçılığın tarixi

Qədim insanlar inanırdılar ki, yer üzündəki həyat kosmosun sarsılmaz qanunlarına uyğun olaraq davam edir, dünya əbədi dövri hərəkətdədir, onun başlanğıcı və sonu yoxdur. Kosmosda baş verən bütün hadisələr, o cümlədən xeyirlə şər arasındakı mübarizə  Yerdə öz təbii əksini tapır. Ulduz tanrıları “dünyanın saatın?” və bütün dünyəvi işlərə nəzarət edirlər.

Şərq dünyasında nücum elmi paralel olaraq iki istiqamətdə fəaliyyət göstərib: həm sırf astronomiya, həm də astrologiya mənasında.

Nücum elminin tarixi çox qədimdir. Bütün qədim sivilizasiyalarda (Misir, Şumer, Babilistan, Çin, Yunanıstan, Roma və s.) nücum ən çox öyrənilən və ən çox dəbdə olan elmlərdən sayılıb. ?slamaqədərki Ərəbistanda da bu elm geniş yayılmışdı.

Çöl işlərinin vaxtını müəyyən etmək üçün ulduzlu səmanın müşahidələri neolit dövründə aparılmışdır. Astronomik müşahidələr hələ eramızdan əvvəl II minillikdə Mesopotamiyada fəal şəkildə inkişaf edirdi.

Astrologiyanın “ulduz dini” kimi 5000-3000-ci illərdə yarandığı  qəbul edilir. Qədim şumerlərin yaşadığı Mesopotamiyada e.ə. arxeoloji qazıntılar zamanı orada astrologiyanın qanunları və qaydaları yazılmış daş və gil lövhələr tapılıb.

Qədim şumerlərin yüksək inkişaf etmiş mədəniyyəti tədricən Mesopotamiyadan başqa ölkələrə də nüfuz etməyə başladı. Bu günə qədər  nücum elmindən bəhs edən mixi yazıların 25 minə yaxın fraqmenti aşkar edilib. Yeddi təsir vasitəsi kimi Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn qəbul edilirdi.

Şumerlər dünyanın quruluşu haqqında kosmobioloji ideyaları daha qədim xalqlardan götürərək onları babillilərə və assuriyalılara “miras” qoyublar, onlar da öz növbəsində bu bilik sistemini inkişaf etdirib təkmilləşdiriblər. Qədim dünyada falçılıq daha çox tətbiqi xarakter daşıyırdı.

Qədim dövlətlərin hökmdarlarını, təbii ki, daha çox qlobal məsələlər, məsələn, müharibənin nəticəsi və ya özlərinin uzunömürlülüyü maraqlandırırdı. Ona görə kahinlər, maqlar, falçılar, cadugərlər əsasən saraylara xidmət edirdilər.

Falçılıq ən çox Qədim Yunanıstanda, Romada, Assuriyada, Misirdə və Babildə məşhur idi. Belə ki, qədim Romada falçılığa dövlət ayinləri rütbəsi verilirdi və sehrbazların iştirakı olmadan heç bir mühüm hadisə baş vermədi. Qədim Yunanıstanda falçıların və kahinlərin gücü belə böyük idi. Onlar cəmiyyətdə böyük uğur qazandılar.

Lakin xristianlığın gəlişi ilə falçılığa münasibət dəyişdi. Sehrbazlar və falçılar kilsənin əmri ilə günahkar  kimi təqib olundular. Elə islam da sehr və caduyla məşğul olmağı haram  buyurdu.  Buna baxmayaraq , bütün şah saraylarında astrologiya elmi ilə məşğul olan rəmmallar yaşayırdılar və bu hətta sarayda bir vəzifə idi. Rəmmal rəml atır, fala baxır, gələcəkdən xəbər verirdi.

Tarixi məlumatlara görə, Səfəvilərin son sultanı Şah Sultan Hüseyn Səfəvi sarayında çoxlu sayda sehrbaz, cadugər saxlayırdı. Onun sehr-caduya marağı o dərəcəyə çatmışdı ki, vaxtının çox hissəsini rəmmal və münəccimlərlə birlikdə keçirir və onların icazəsi olmadan su belə içmirdi. Şah Sultan Hüseyn günün çox hissəsində trans halında olurdu.

Hökmdar özü üçün tilsim və sehrlər haqqında çox sayda əsərdən ibarət məxsusi kitabxana qurmuşdu.

Bu gün açıq-aşkar elan edilməsə də, bir çox dünya liderlərinin ekstrasenslərin xidmətlərindən istifadə etdiyi bildirilir. Bir çox tanınmış ekstrasenslər özləri tanınmışlarla iş birliyində olduqlarını etiraf edirlər. Bizdə isə falçılara minlərlə, milyonlarla manatlıq iş gördürənlər haqqında tez-tez xəbərlər yayılır. Çoxusu şarlatan, fırıldaqçı olsa da onlara inananlar az deyil. Görünür, Tanrı insanların hamısına bu üstün qabiliyyətləri verməməkdə düzgün edib. Falçı, cadugər və ya müasir dillə ekstrasens yanına gedənlərin çoxunu başqaları üzərində üstünlük, güc, qüdrət sahibi olmaq maraqlandırır. Yaradan elə dağına baxıb, qarını yağdırıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31