2021: qazandıqlarımız və itirdiklərimiz…
31.12.2021 [01:11]
Kimlər gəldi, kimlər getdi bu ildən...
İlhamə Rəsulova
2021-ci ili başa vurduq. Əslində “ömürdən bir il getdi” də deyə bilərik, “daha bir ili yaşamaq nəsib oldu” da deyə bilərik. 2021-ci ili də pandemiyanın cəngində yaşadıq. Koronavirus yenə aramızdan say-seçmə insanları çəkdi, aldı. Bu il həmkarlarımız arasından Fuad Əlizadə, Bəxtiyar Səfərov, Rəşad Süleymanlı, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elxan Ələsgərov məhz bu səbəblə bizlərə vida etdilər.
2021-ci ilin iyun ayında xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan AzTV-nin operatoru Sirac Abışov və “Azərtac” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov minaya düşərək həlak oldular. Tanınmış jurnalist, sənətşünas və publisist Ənvər Börüsoy, “Təbib” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Eldar İsmayıl, Əməkdar jurnalist Teymur Əhmədov, jurnalist və tərcüməçi Fərhad Abdullayev, Əməkdar jurnalist, publisist, nasir Svetlana Nəcəfova, teleaparıcı Şamil Familli də 2021-ci ildə bu dünyadan köçünü çəkənlər karvanına qoşuldular.
Mədəniyyət və incəsənət sahəsində də ağır itkilərimiz oldu
Azərbaycan teatr rejissoru, Xalq artisti, professor Ağakişi Kazımov, “Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev, Azərbaycanın Xalq rəssamı Arif Qazıyev, Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, Xalq artisti, sevilən aktyor Ramiz Məmmədov, kinorejissor Eldar Quliyev, “Rəmiş” ləqəbi ilə tanınan Xalq artisti Rafiq Hüseynov, bəstəkar Nailə Mirməmmədli, Əməkdar mədəniyyət işçisi Arif Həbibi, Əməkdar artist Məcnun Hacıbəyov, Xalq artisti Yalçın Rzazadə, Xalq artisti, aktyor Arif Quliyev, muğam ifaçısı Canəli Əkbərov, Xalq artisti Zöhrə Abdullayeva, sevilən müğənnilər Səyyad Əlizadə, Baloğlan Əşrəfov, Aslan Hüseynov, Səməd Səmədov, Yaqub Zurufçu, bəstəkar Adil Bəbirov bu il dünyasını dəyişdi.
Böyük şair Musa Yaqub da dünya ilə bu il vidalaşanlardan oldu.
Milli Məclisin I, II və III çağırış üzvü, filologiya elmləri doktoru, professor Nizami Xudiyev böyrək çatışmazlığından, bir müddət xaricdə müalicə alan Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 56 yaşında xərçəng xəstəliyindən vəfat etdi. Sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiyanın Əməkdar məşqçisi Rafiq Əlizadə də 2021-ci ildə dünyasını dəyişib.
2021-ci ildə nailiyyətimiz, qazancımız da olub. Bu ilin yanvar ayında işğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb. Qarabağ Dirçəliş Fondu yaradılıb, 2021-ci il “Nizami Gəncəvi” ili elan edilib. Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulub və eyni ildə açılışı olub, Xəzər dənizindəki “Dostluq” yatağı haqqında Anlaşma Memorandumu imzalanıb, Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi yaradılıb, Azərbaycan-Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsi imzalanıb, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Nəhayət ki, 30 illik arzularımız çin olub, Şuşada müxtəlif festivallar keçirilib, ilk dəfə Zəfər Günü, Anım Günü qeyd olunub, Zəfər Parkı açılıb.
2021-ci il də, 2020-ci il kimi Qarabağ ili olub, bu il də hamımız qarabağlı olmuşuq. Ürəyimiz işğaldan azad edilən torpaqlarımızda döyünüb, cəmiyyət nümayəndələri qruplar halında azad edilən torpaqlarımıza səfərlər ediblər, həsrətimizi vətən torpaqlarının ətriylə feyziyab olmaq əvəz edib. Qarabağımızda ağıllı kəndlər salınıb. Böyük sürətlə quruculuq işləri aparılıb.
Oğuz elində bu il 3 tonqal qalandı. Qurub yaratmaq üçün xalqımızı birliyə, cəm olmağa, iməciliyə çağıran 3 tonqal. Hələ böyük yolun başlanğıcındayıq. Dostlarımızı sevindirəcək, yeni Azərbaycan yaratmaq yolunda çox işlər görəcəyik hələ. Tonqallarımız gur yansın. Yarım qalmış bütün işlərimizi tamamlamaq arzusuyla 2022-ci il ömrümüzə, vətənimizə xoş gəlsin.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

