Avroviziya təmsilçimiz bəlli oldu, mahnımız yox
17.02.2022 [10:49]
İLHAMƏ
Bu il ölkəmizi “Avroviziya-2022” mahnı müsabiqəsində “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək. Hələlik mahnı seçimi edilməyib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq.
Nadir Rüstəmli 2019-cu ildə “Youthvision” Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil edib, 21 ölkəni təmsil edən namizədlər arasında II yeri tutub.
“Avroviziya 2022” təmsilçimiz 8 iyul 1999-cu ildə Salyanda anadan olub. 2005-2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olan Nadir 2021-ci ildə həmin universitetin məzunu olub. Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. Çox rəngarəng səs tembrinə malik olan bu müğənni 2021-ci ildə “Səs Azərbaycan” layihəsində iştirak edib.
Avroviziya 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsidir. Avroviziya dünyanın ən uzunömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub.
Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya, həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
2015-ci ildə Avroviziyanın 60 illiyi münasibəti ilə Avstraliyaya müsabiqədə qonaq olaraq iştirak etmək hüququ verildi. Avstraliyanın Avroviziyada iştirakı sadəcə bir il nəzərdə tutulsa da, qazandığı uğurlu nəticələr səbəb göstərilərək növbəti illərdə də müsabiqədə iştirakına icazə verildi.
İrlandiya müsabiqədə ən çox qalibiyyət əldə edən ölkədir. O, yeddi dəfə müsabiqəyə ev sahibliyi edib.
Bu il müsabiqəyə 41 ölkə qatılacaq. İştirakları təsdiq olunmuş ölkələrin bir çoxunun hansı ifaçı və mahnı ilə təmsil olunacağı hələ bilinmədiyinə görə, proqnoz vermək çətindir. Amma o da məlumdur ki, bu müsabiqə artıq sadə mahnı müsabiqəsi çərçivəsini aşıb, siyasi çalarlara da bürünüb. Qardaş Türkiyə 2012-ci ildən müsabiqəyə qatılmır.
2021-ci ilin iyun ayında Türkiyənin milli yayım şirkəti olan Türkiyə Radio və Televiziya Qurumunun (TRT) icraçı direktoru İbrahim Eren ölkənin 2022-ci ildə müsabiqəyə potensial qayıdışı ilə bağlı danışıqlar apardıqlarını təsdiqləsə də, Türkiyə yekun iştirakçı siyahısına daxil edilməyib.
Bu il müsabiqənin aparıcıları italyan müğənnisi Laura Pauzini, teleap?rıcı Alessandro Kattelan və Britaniya əsilli müğənni Mika olacaq.
Müsabiqənin builki şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) adlanır.
2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “evə” gətirdi.
Dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

