“Məndə sığar iki cahan”
02.03.2022 [11:13]
Bir bədəndə yaşayan 24 insan - dünyanın ən qəribə xəstələri
Yəqin çoxlarının dilindən eşitmişiniz “İçimdəki mən” sözünü. Bunu çox zaman fəlsəfi mənada anlayırıq, amma içimizdəki “mən”in qorxularının təhlükəli bir xəstəlik törətmək ehtimalından xəbərsizik. Öz şəxsiyyəti ilə ziddiyyəti çox insan yaşayır, müəyyən hallarda ədalətsizliyə susursa, yalan danışırsa, daxilən özünü qınayır. Amma yəqin çoxu bilmir ki, bu hal dərinləşərsə, travma halına düşərsə, içimizdəki “mən” özünü ayrıca şəxs kimi üzə vurmağa başlayır, bir canda bir neçə şəxs yaşamağa başlayır. Bu gün çox nadir görünən, çox da maraqlı bir psixi xəstəlik barədə danışacağıq. Müasir elm bu xəstəliyin adını Dissosiativ şəxsiyyət pozğunluğu qoyub.
İlhamə HƏKİMOĞLU
Uşaqlıqda alınan ağır emosional travma, bir insanın şəxsiyyətinin parçalanması və iki, üç, dörd və ya daha çox insanın bir beyində yaşaması kimi nadir psixi xəstəliyə səbəb ola bilər.
Dissosiativ şəxsiyyət pozğunluğuna dair ilk fakt ??? əsrdə isveçrəli həkim, filosof və kimyagər Paracelsus tərəfindən təsvir edilmişdi. Onun qeydlərində ikili şəxsiyyətə malik bir qadın haqqında təsvir var idi. Qadın kiminsə ondan pul oğurladığına inanırmış, əslində isə pulu onun alış-veriş etməyi sevən ikinci “mən”i xərcləyirmiş.
Ötən əsrin ortalarında yaşamış amerikalı Xuanita Maksvellin altı şəxsiyyəti olub, onlardan biri öz nənəsini öldürmüş, Xuanita ömrünü psixiatriya xəstəxanasında başa vurmalı olmuşdu. Ən pisi budur ki, daxili “şəxsiyyətlər” bir-birlərinin etdiklərindən xəbərsiz qalır, baş verənləri, törətdiklərini xatırlamırlar.
Müasirimiz Melani Qudvin heç vaxt içində yaşayan çoxsaylı şəxsiyyətlərdən hansının nə zaman önə çıxacağını bilmir. Bu 16 yaşlı Melani də ola bilər, 3 yaşlı Melani də, 40 yaşlı Melani də. 40 yaşına qədər o, tam sağlam idi. Ancaq bir ailə faciəsindən sonra daxilində nə qədər müxtəlif şəxsiyyətlərin yaşadığını anladı. Bu şəxsiyyətlər arasında mübarizə gedirdi. Psixiatrla uzunmüddətli söhbətlərdən sonra məlum oldu ki, Melaniyə 3 və 16 yaşlarında təcavüz olunub və o bu hadisələri özünə unutdurmağa çalışsa da, travma 40 yaşında xatırlanıb.
Melani özünü “biz” adlandırır.
“Biz doqquz fərqli insandan ibarətik, onların hər biri öz həyatını davam etdirir. Dissosiativ şəxsiyyət pozğunluğu ilə yaşamaq bəzən insana cəhənnəm əzabı verə bilər. Adi insanlar bizi anlamır, dəli deyirlər. Bu, adi insanların adi bir şey kimi qəbul etdikləri “mənlik” imicinin parçalanmasıdır. Biz dünya malı üçün yox, beynimizdəki “mənin” vahid bədənə sahiblənməsi uğrunda mübarizə aparırıq. Çünki bu şəxslərdən birinin törətdiyi cinayət digərlərini həbsə atdıra bilər. Bu qorxuncdur, biz birik, eyni zamanda çoxuq və yeganə fərdik. Tək çıxış yolumuz bu bədəndə harmoniya içində yaşamaqdır”, - deyə o qeyd edir.
Melani hazırda Amerikada Dissosiativ şəxsiyyət pozğunluğu olan insanlar üçün yaradılmış First Person Plural dərnəyinin direktorudur.
1885-ci ildə doğulmuş Bill Milliqanın adı psixiatriya tarixinə böyük hərflərlə yazılıb. Bu unikal şəxsin daxilində nə az, nə çox düz 24 müxtəlif şəxs “yaşayıb”. Onun beynində mövcud olan hər bir ayrı şəxsiyyət öz həyatını yaşayırdı.
Billi Milliqanın 24 şəxsiyyətindən 10-u əsas, digərləri isə hər hansı qeyri-mənəvi hallarda özünü büruzə verirdi. Billi Milliqanın “sakinləri”(həkimlər onları belə adlandırırdı) ilə tanış olmaq, araşdırmaq həkimlərə çox maraqlı idi.
Hələ 70-ci illərdən qarət və təcavüz səbəbindən məhkəmələr Billini tanımağa başlamışdı. Bu amerikalının tərcümeyi-halına əsasən onda şəxsiyyət bölünməsi 8-9 yaşlarından başlayaraq müşahidə edilmişdi. Oğlan daim təhqir edilir və atalığı tərəfindən döyülürdü. Məhz bu zamandan Billi bir neçə şəxsiyyətlərə bölünməyə başlayır. Əsas və birinci şəxs olan Billi daim özünə qəsd etməyə cəhd edirdi. Onun 16 yaşı olduqda damdan özünü ataraq intihar etmək istəsə də, digər “şəxsiyyətlər” buna imkan vermir və onu 6 il müddətinə keyləşdirirlər. Hər oyanış Billi üçün böyük zərbə olurdu, çünki o ölü olduğunu hesab edirdi. Başqa sözlə, əsl Bill özünü 6 ildən bir tapır, 6 il ərzində baş verənləri xatırlamırdı. İkinci şəxs Artur digər şəxsiyyətlər arasında münasibətləri qaydaya salan alicənab bir kişi idi. Üçüncü Reycen Vadaskoviniç idi. Billin içinə “haradan düşdüyü” bəlli olmayan bu yad millət nümayəndəsi Yuqoslaviyadan olan kommunist idi, silah və karateni çox sevirdi. Billi həbsxanaya düşdükdə Reycen əsas şəxsiyyətə çevrilir və kimin nə vaxt “çıxış edəcəyinə” qərar verirdi. Allen ikiüzlü fırıldaqçı idi. Lakin məhz onun sayəsində Billi və Ko çətin vəziyyətlərdən çıxırdılar. Tommi elektronika mühəndisi, Denni qorxaq 14 yaşlı yeniyetmə, Devid bütün ağrılara cavabdeh idi. Billi başını divara vurduqda və yaxud Reycen bir yara aldıqda bütün bu fiziki ağrıları Devid çəkməli idi. Devid isə həqiqətən başa düşmürdü ki, nəyə görə o belə cəzaya layiq görülüb. Kristina 3 yaşlı uşaq idi və onun Kristofer adlı qardaşı da var idi. 19 yaşında olan Adalana isə şeirlər yazırdı və homoseksuallığına görə qınanırdı. Onların arasında 60 yaşlı bir nənə də gizlənir, ara bir üzə çıxırdı. Billi Milliqan qarət və üç qadına təcavüz etməsi ilə bağlı təqsirli bilinərək, ömürlük psixiatrik xəstəxanaya məhkum edilmişdi. Lakin Billin bundan xəbəri yox idi. Çünki qarətləri Reycen, təcavüzü isə Adalana törətmişdi. Bill onlara 6 ildən bir baş çəkirdi.
Şəxsiyyət ikiləşməsi xəstəliyinin daşıyıcıları bəzən olduqca dürüst, bəzən də olduqca riyakar ola bilir. Bu cür insanlar bəzən gözünü qırpmadan kimisə ?ldürə bilir, bəzən də tanımadığı biri üçün özünü ölümə verə bilir. Yəni bir insanın daxilində müxtəlif şəxsiyyətlər “yaşayır”. Milliqanın timsalında şəxsiyyət ikiləşməsi xəstəliyinin nə qədər ağır bir psixi pozğunluq olduğu haqqında yəqin ki, təsəvvür sahibi olduq. Təsəvvür edin ki, bir müddət özünü 3 yaşlı uşaq kimi aparan biri qəflətən cinayətkara çevrilə bilər.
Bütün psixi xəstəliklərdə olduğu kimi, şəxsiyyət ikiləşməsində də xəstələr özlərinin tamamilə sağlam olduğuna inanırlar. Belə düşünürlər ki, etdikləri hərəkətlərdə, davranışlarda qeyri-adi heç nə yoxdur.
Psixoterapevt-analitik, Beynəlxalq Dissosiativ PozuntularınTədqiqi Cəmiyyətinin direktoru Remi Aquarona görə, bu xəstəliyi olan insanlar çox gücsüzkən, əsasən 5 yaşa qədərki dövrdə böyüklər tərəfindən zorakılığa məruz qalıblar.
“Pasiyent yaşanan stresslə bağlı xatirələrin öhdəsindən gəlmək, həmin hadisəni unutmağa, olmamış kimi yaşamağa çalışır. Yəni özünü, xatirələrini bir neçə hissəyə “bölür”. Onun şəxsiyyətinin bir hissəsi hələ də yaşadıqlarının dəhşətini xatırlayır, digər hissəsi isə sanki hadisədən sonra doğulub və olanlarla heç bir əlaqəsi yoxdur. Əgər uşağa qarşı zorakılıq bir neçə il davam edirsə, uşaq ayrı-ayrı şəxslərin zorakılığından əziyyət çəkirsə, deməli şəxsiyyəti daha çox parçalanacaq, daxilində daha çox insan yaşayacaq. Qısası, psixi travma zamanı insan ağır emosiyalardan qurtulmaq üçün əlavə şəxsiyyət yaradır.”, - deyə o qeyd edir.
Psixiatrik araşdırmalara görə, bu xəstəlik fiziki travmalar nəticəsində də yarana bilər. Eqo-vəziyyət dəyişdikdə yaddaş itir. Şəxsiyyətin ikiləşməsində isə insan daxilində bir-birinə zidd olan bir neçə şəxsiyyət yaşayır və hər biri müxtəlif baxış bucağına və arzulara sahib olur. İnsan müəyyən vaxtacan bu situasiyaya nəzarət etsə də, sonda psixikanın parçalanması baş verir və bu şəxsiyyətlərin hər biri ayrıca müstəqil həyat sürməyə başlayır.
Öncə real həyatla əlaqə itir . İkili şəxsiyyətə malik insan bir an içində dəyişə, gülərkən qəzəblənə, ağlaya bilər.
Uşaqlarla davranışda ehtiyatlı olun. “Uşaqdır, qanmır, unudar” kimi fikirlərlə onlara qarşı kobudluq etməyin, incitməyin. Hər davranışımız bumeranq kimi üstümüzə qayıdır. Odur ki, öz əlimizlə öz canavarımızı yaratmamalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

