Fast Food pandemiyası
30.03.2022 [10:40]
Dünyanın ən könüllü xəstəliyi - Dünya getdikcə gombullaşır
İlhamə HƏKİMOĞLU
Dünya əhalisinin son illər piylənməyə, kökəlməyə qarşı sərf etdiyi vəsaiti bəzi dövlətlərin silahlanmaya sərf etdiyi külli miqdarda vəsaitlə müqayisə eləmək olar. Gözəllik industriyasının arıq bədənləri etalon etdiyi son 30 il ərzində sanki insan beyni tərsinə hərəkət edərək, piylənməni, kökəlməni özünə hədəf qoyub. Əslində psixoloji aspektdən yanaşanda, bunu rahat anlamaq olur- İnsan beyni orqanizmin arıqlayıb, ac qalmaq istədiyini anlayar-anlamaz özünümüdafiə üçün piy depolamağa başlayır. Qida sənayesinə isə doymayan, acgözlü alıcılar lazımdır. Yəni onu etalon yox, qazanc maraqlandırır. Fikir vermisinizsə, uşaqlar, yeniyetmə və gənclər evdə ana əlinin ləzzəti ilə bişmiş sağlam yeməklərə, isti şorbalara həvəs göstərmirlər. Mağazadan alınan və ya böyük şəhərlərdə iki addımdan bir rast gəlinən “fast food” yeməklərindən isə doymaq bilmirlər.
Acdıran yeməklər
Müasir “fast food” (ayaqüstü yemək) sənayesinin əsası 1921-ci ildə ABŞ-da qamburger istehsal edən “White Castle” şirkətinin açılması ilə qoyulub. İstehlakçılara yad gələn məhsulların satılması üçün şirkət rəhbərliyi müxtəlif üsullara əl atmışdı. Daha çox müştəri cəlb etmək üçün başqa bir hiyləgər üsul da vardı. Şirkət sahibi Billi İnqramın ideyası ilə, bir neçə nəfər ağ xələt geyib, restoran qarşısında uzun-uzadı süni növbələr yaratmalı və bununla, əksər adamlar hətta həkimlərin də “fast food” faydalı hesab etdiyini düşünəcəkdi.
“Fast food”lar ayaqüstə-hərəkətdə yeyilməsinə baxmayaraq, artıq çəki problemi yaranır. Amerikada aparılan araşdırmalar “fast food”yeməklərinin məsələn, hamburgerin aclıq hissi yaratdığını və bu hissin 3 gün davam etdiyini göstərib. Araşdırmalarda iştirak edən doktor Deborah Clegg deyib ki, bu yeməklərdəki yağlar mədəyə getməmişdən əvvəl beyində aclıq və toxluq hissi yaradan nöqtəni neytrallaşdırır. Beləliklə, yeyilən yemək toxluq hissi yaratmır.
Britaniyalı həkimlər isə çipsin, hamburgerlərin, koka kolanın tərkibində olan yağın və şəkərin qəbulunun narkotik asılılığına oxşar asılılıq törətdiyini sübut etdilər. Alimlərin fikrincə “fast food” yeməklərinin hamısı insan orqanizmində kimyəvi proseslərin gedişini təxminən heroindən istifadə edən narkomanlardakı kimi pozur. Həm də doyma hissimizi tənzimləyən hormonun ifrazında disbalans yaradır.
Dünyanın yarısı kökəlib - Piylənmə virusmuş
Son illər piylənmədə virus etiologiyası olduğu zənn edilir. Məsələn, insan adenovirus-36 virusuna tutulduqda piy toxumalarının yetişmiş gövdəvari hüceyrələri piy hüceyrələrinə çevirir. Heç bir başqa xəstəliyə piylənmə qədər çox rast gəlinmir. ÜST-nin son hesablamalarına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin demək olar ki, 50%-i artıq çəkidən, 30%-i piylənmədən əziyyət çəkir. Hər il piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayı artır. ÜST piylənməyə milyonlarla insana təsir edən qlobal epidemiya kimi baxır.
Piylənmə dedikdə, orqanizmdə dərialtı piy qatının və digər orqanlarda piy qatının, bədən çəkisinin normadan 20% artıq olması nəzərdə tutulur. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif pozğunluqlar və müxtəlif preparatların qəbulu qeyd olunur.
İlkin və ikincili piylənmə qeyd olunur.
İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır.
İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır.
Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:
-Normadan artıq yemək
-Azhərəkətli həyat tərzi
-Endokrin sistemin pozğunluqları
-Genetik konstitusiya
Qidalanma pozğunluqları, qida qəbulunun pozulmasına gətirib çıxaran bəzi psixoloji vəziyyətlər, stressə meyillik; doyunca yatmama; psixortop vasitələr də kökəlməyə səbəb ola bilir.
Həkim-endokrinoloq Fərhad Burzu “Yeni Azərbaycan”a bildirib ki, piylənmə ilə 2-ci tip şəkərli diabet, arterial hipertoniya, ateroskleroz, bədxassəli şişlərin bəzi növləri, reproduktiv pozğunluqlar, mədə-bağırsaq traktının və dayaq-hərəkət aparatının xəstəlikləri kimi həyati təhlükəsi olan xəstəliklər arasında əlaqə sübut edilib.
“Son onilliklərdə bir çox ölkələrdə qidalanmanın strukturu dəyişib, yüksəkkalorili, yüksək yağlı və az lifli qidaların istehlakı artıb. Bütün bunlar insanlar arasında piylənmənin yayılmasına səbəb olur. Maraqlıdır ki, piylənmədən xilas olmaq üçün tətbiq edilən pəhrizlərin özü də çox zaman məyusluqla nəticələnir. Pəhrizdən sonra iştahanın sürətli artması və çəkinin sürətli yığılması müşahidə olunur. Tədqiqatçı alim Treysi Mannın fikrinə görə, artıq çəki ilə mübarizədə pəhriz effektsiz üsuldur. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən, piylənməyə qarşı mübarizə üçün insan qəbul elədiyi qidanın kalorisini hesablamalı və hər ay 500 kkal miqdarında azaltmalıdır.
Arıqlamaq üçün dərman vasitələrindən də istifadə olunur. Bura sintetik və təbii mənşəli müxtəlif dərman vasitələri və bioloji fəal əlavələr daxildir.
İştahanı yatırdan vasitələr (katexolaminlər və onların törəmələri).
Orqanizmdə maddələr mübadiləsini sürətləndirən vasitələr.
Orqanizmdə müəyyən qida maddələrin sorulmasına təsir göstərən vasitələr. Məsələn, orlistat (“Ksenikal”) yağların parçalanması və sorulmasını ingibə edir, qlükomann həzmi yatırdır, kalorilərin mənimsənilməsini aşağı salır.
Mərkəzi təsirə malik vasitələr (anoreksiklər). Bu vasitələr iştahanı yatırdırlar (sibutramin, deksedrin), bəzi hallarda bu təsirə digər qrup preparatlar malikdirlər (məsələn, diqoqsin).
Bu vasitələri uzun müddət ərzində istifadə etmək olmaz.
Arıqlamaq üçün olan vasitələrin effektinin az olması onunla bağlıdır ki, hələ tibb elmi iştahanın sinir mexanizmini tam öyrənməyib. Bununla əlaqədar belə vasitələr artıq çəki problemini uzunmüddətli həll etmir”, - deyə o qeyd edib.
Son zamanlar uzunmüddətli arıqlama prosedurlarını qısaltmaq üçün liposaksiyadan - piy hüceyrələrinin aradan götürülməsinə yönəlmiş cərrahi əməliyyatdan istifadə olunur. Ancaq bu əməliyyat artıq çəkiyə qarşı mübarizə kimi yox, piy yığıntılarının kosmetik aradan qaldırılmasına yönəlib. Britaniya alimlərinin fikirlərinə görə sağlamlıq üçün bu əməliyyat faydasızdır.
ÜST-ün tövsiyəsinə görə dünyada yayılmış piylənmə xəstəliyinin qarşısını almaq üçün qida sənayesi sağlam qidalanmaya keçid etməlidir. Eləcə də, emal edilmiş qidalarda yağ, şəkər və duzun miqdarının azaldılması; sağlam və qidalı qidaların bütün istehlakçılar üçün münasib qiymətə satışda olmasının təmini; tərkibində yüksək şəkər, duz və yağ olan qidaların, xüsusilə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan qidaların reklamının məhdudlaşdırılması; bazarda sağlam qidanın mövcudluğunun təmin edilməsi və iş yerində müntəzəm fiziki fəaliyyətin təşviq edilməsi tövsiyə olunur.
Yaponiyada çox kök adamları yüksək vəzifələrə təyin etmirlər, artıq çəkidən əziyyət çəkən adamlar üçün dövlət xüsusi, məcburi proqramlar tərtib edir, bura gündəlik pulsuz idman zallarına getmək məcburiyyəti də daxildir.
Yaşlı nəslin nümayəndələri tez-tez deyərdilər ki, ərinmiş kərə yağını stəkanla içib tarlaya gedərdik. Nə kökəlmə vardı, nə də piylənmə. Əslində onlar orqanik qidalanır və aktiv fiziki əməklə məşğul olur, ya piyada, ya da at belində gəzirdilər. Bir az ətli-canlı olmaq da ayıb sayılmırdı, əksinə, deyərdilər “maya budlu arvad al, nər kimi oğul doğsun”. Buna görə fiziki görünüşü özünə dərd edib kompleksə çevirmək, psixoloji gərginlik yaşamaq da yox idi. İndi müqəddəs bildiyimiz çörəyi də elə hazırlayırlar ki, faydasından çox ziyanı var. Yaşamaq üçün yox, kimlərinsə ciblərini doldurmaq üçün yeyirik. Hər günümüzün stress olduğu müasir dövrdə isə arıqlamaq dərddir, kökəlmək ayıb. Dünya əhalisinin bir yarısı aclıqdan əziyyət çəkərkən, bir yarısı da toxluqdan ölür.
Eh, bu sərsəm, sərsəm dünya!
Xəbər lenti
Hamısına baxDünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21

